Tarix : 2012 Nov 07
Kod 34016

Ərdəbil qocaman Hüseyn(ə) məddahlarının ev-sahibi

Ərdəbilin qocaman Hüseyn(ə) məddahlarının beynəlxalq seminarına ev sahibliyi etməsi Məhərrəm ayı ərəfəsində şəhər sakinlərinin mənəvi bir atmosferin şahidi olmasına səbəb olub
/Aran Agentliyi

Ərdəbilin qocaman Hüseyn(ə) məddahlarının beynəlxalq seminarına ev sahibliyi etməsi Məhərrəm ayı ərəfəsində şəhər sakinlərinin mənəvi bir atmosferin şahidi olmasına səbəb olub.

İmam Hüseyn(ə) əzadarlığı coğrafi sərhədlərlə məhdudlaşmır. Dünyanın istənilən nöqtəsində şiələr Məhərrəm ayına daxil olduqları zaman mövlanın eşqi ilə əzadarlıq edir və İmam Hüseyn(ə) eşqi ilə başlarına və sinələrinə vururlar.

Ərdəbilin icra başçısı bu seminarı Ərdəbil üçün böyük bir iftixar adlandırıb.

Yusif Əkbəri İranın heç bir ostanında Ərdəbildə olduğu kimi əzadarlığın olmadığına işarə edərək, deyib: Ərdəbillilər Müslüm bin Əqilin şəhid olduğu gündən özünə məxsus eşq, ixlas və məhəbbət ilə İmam Hüseyn(ə)-ın əzadarlığına başlayırlar və insanlar İmam Hüseyn(ə)-ın bayrağı altında o həzrət və tərəfdaşları üçün matəm saxlayırlar.

10-cu Beynəlxalq Qocaman İmam Hüseyn(ə) Məddahları seminarında 30 qocaman məddah mükafatlandırılacaq. Bu 30 qocaman məddahın 15-i iranlı, 15-i isə xaricidir.

  • Yazılıb
  • da (də) 2012 Nov 07