Tarix : 2012 Nov 09
Kod 34055

“Məddahlıqda şişirtmək vəhhabiliyin istəyidir”

Məddahlıqda şişirtmək vəhhabiliyin istəyidir və bundan kəskin şəkildə çəkinmək lazımdır
/Aran Agentliyi

Ərdəbil ostanında Vəliyyi Fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi “Əgər Hüseyni (ə) şiədən alarıqsa, şiənin hər şeyini almışıq” ifadəsi ilə bağlı vəhhabilik firqəsinin prinsipinə toxunaraq deyib: Məddahlıqda şişirtmək vəhhabiliyin istəyidir və bundan kəskin şəkildə çəkinmək lazımdır.

Höccətülislam Seyid Həsən Amili Ərdəbildə keçirilən Qocaman İmam Hüseyn (ə) Məddahları iclasının sonunda deyib: Düşmən istəyir ki, İmam Hüseyni (ə) bizdən alsın. Bu böyük məkrli planın qarşısında sayıq olmalıyıq və bu sayıqlıq əzadarlıqlarda cilvələnməlidir.

Ərdəbilin imam cüməsi məddahların hadisələri şişirtməməli və əsassız sözlər danışmamalı olduqlarını bəyan edərək deyib: Düşmənlər bu sözləri toplayaraq istəyir ki, İmam Hüseyni (ə) bizdən alsın və bu kimi hərəkətlərlə əslində biz özümüz Hüseyn məktəbinə zərbə vururuq.

Qocaman İmam Hüseyn (ə) Məddahlarının mükafatlandırılması iclasının sədri deyib: Deməməliyik ki, Yezid it saxladığı və yaxud şərab içdiyi üçün Hüseyn qiyam etdi və müharibəyə başladı. Bu səthi yanaşmadır və şiənin müqəddəs əzadarlığına zərbə vurur.

Cəmiyyətdə saleh rəhbərliyi Hüseynin (ə) yeganə istəyi və Kərbəlanın fəlsəfəsi adlandıran Amili xatırladıb: İmam Hüseyn (ə) Kərbəla hadisəsindən saleh rəhbərliyi özünün yeganə məqsədi adlandırdı və bu, onun yeganə məqsədi idi. Şübhəsiz Hüseynin (ə) əvvəli, axırı, batini və zahiri islam cəmiyyətində saleh rəhbərlik olub.

İmam Hüseynin (ə) şüarlarının beynəlxalq şüarlar olduğunu və amal cəmiyyət və prinsiplərdən qaynaqlandığını bəyan edən Amili əlavə edib: İmam Hüseyni (ə) xüsusi bir tayfa ilə məhdudlaşdırmaq olmaz. İmam Hüseyn (ə) bəşəriyyət üçün olub və bəşəriyyətin itirilmişləri Kərbəladadır.

İmam Hüseyni (ə) sözünün şəxsin sözü olmadığını, peyğəmbərin amal prinsipləri olduğunu qeyd edən Amili deyib: Şiələr İmam Hüseynə (ə) ağlamaqda dayanmırlar. Bu ağlamaq müqəddəsliyin yenilənməsi üçündür.

Heç bir ağlamağın İmam Hüseynə (ə) ağlamaq kimi şərəfli olmadığını hesab edən Ərdəbilin imam cüməsi əlavə edib: Əba Əbdillah Hüseynə əza üçün səy göstərmək İmam Hüseyn (ə) əzadarlığında fövqəladə məsləhətin göstəricisidir və heç bir ağlamaq İmam Hüseynə ağlamaq və şiələrin ağlaması kimi şərafətli və üstün deyil.

Şiənin bəşəriyyət tarixinin əsas bədbəxtçiliyinə ağladığını qeyd edən Amili əlavə edib: Əgər şiənin İmam Hüseynə (ə) ağlamağı və əzadarlığı olmasaydı, bu dünya və Allahın bu aləmə diqqəti də mövcud olmazdı və Əba Əbdillah Hüseyn üçün göz yaşı yerinə qan ağlamaq lazımdır.

  • Yazılıb
  • da (də) 2012 Nov 09