Tarix : 2012 Nov 13
Kod 34158

Hərbi təlimlərdə yeni raket sistemlərinin təqdimatı keçirilib

Xatəmul-Ənbiya (s.ə.s) havadan müdafiə qərargahının komandanı “Vilayət Səması Müdafiəçiləri 4” hərbi təlimlərində “Qadir” və “Ya Zəhra 3” raket sistemlərinin təqdimatının keçirildiyini bildirib
/Aran Agentliyi

Xatəmul-Ənbiya (s.ə.s) havadan müdafiə qərargahının komandanı “Vilayət Səması Müdafiəçiləri 4” hərbi təlimlərində “Qadir” və “Ya Zəhra 3” raket sistemlərinin təqdimatının keçirildiyini bildirib.

“Vilayət Səması Müdafiəçiləri” hərbi təlimlərinin kənarında jurnalistlərə açıqlama verən Xatəmul-Ənbiya (s.ə.s) havadan müdafiə qərargahının komandanı general Fərzad İsmaili deyib: “Qadir” və “Ya Zəhra 3” raket sistemlərinin hərbi təlimlər zamanı təqdimatı keçiriləcək.

“Ya Zəhra 3” raket sisteminin daxili mütəxəssislər tərəfindən düzəldildiyi və tamamilə yerli olduğuna toxunan İsmaili söyləyib: Aşağı səviyyəyə malik bu raket sistemi qısa zamanda  daxili ehtiyaclara əsasən dizayn edilib və istehsal olunub.

İsmaili bu raket sisteminin xüsusiyyətləri barəsində deyib: Dəyişkən hava şəraitində və müxtəlif yerlərdə yerləşdirmək və hərəkətli olmaq imkanı Ya Zəhra 3 raket sisteminin xüsusiyyətlərindəndir.

“Bu raket sistemi müdafiə qolu olaraq Vilayət Səması Müdafiəçiləri 4 hərbi təlimlərində müdafiə sistemi hesab olunur” –deyə qərargah komandanı qeyd edib.

Bu hərbi təlimlər ordu, Keşikçilər Korpusu, bəsic və hüquq mühafizə qüvvələrinin iştirakı ilə İslam Respublikasının 850 min km geniş bir ərazisində, Cənubi Xorasan, Sistan və Bəluçestan, Kirman, Hörmüzqan və Fars ostanlarında keçirilir.

  • Yazılıb
  • da (də) 2012 Nov 13