Tarix : 2012 Nov 14
Kod 34187

Böyük Rəhbər: İslamla qərb azadlıq baxışında fərq azadlığın mənşəyidir

İslam İnqilabının Böyük Rəhbəri islamla qərb arasında azadlıq barəsindəki fərqi azadlıq məsələsinin mənşəyi və əsası adlandırıblar
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri islamla qərb arasında azadlıq barəsindəki fərqi azadlıq məsələsinin mənşəyi və əsası adlandırıblar.

Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü 4-cü “İslam Respublikasının Strateji Düşüncələri” iclasında təxminən 150 nəfər alim, istedadlı şəxs , universitet və dini hövzə müəllimləri ilə görüşüblər.

Azadlıq məsələsində islamın nəzəriyyəsinin tanınması ardınca olmağı vurğulayan Böyük Rəhbər əlavə ediblər: Liberalizm düşüncəsində azadlığın mənşəyi humanizm təfəkkürüdür. Halbuki, islamda azadlığın əsası Allaha etiqad və tağutla küfr mənasında olan tövhiddir.

İslam düşüncəsində insan Allaha bəndəçilikdən başqa bütün şərtlərdən azaddır” –deyə Həzrət Ayətullahülüzma Xamenei qeyd ediblər.

İnsan kəramətini islamda azadlığın əsas mənşəyindən adlandıran Böyük Rəhbər islam mənbələrində, Quranda haqq, fiqh və hüquqda haqq, təklif və dəyər quruluşu baxımından  azadlıq məsələsinin irəli sürülməsinə toxunaraq söyləyiblər: Haqq Quranda məqsədli və nizamlı toplu mənasındadır. Buna əsasən, yaradılış və qanunlar aləminin hər ikisi haqdır, insanın azadlığı haqdır və qarşısında batil dayanır.

İslam İnqilabının Böyük Rəhbəri fiq və hüquqda haqq baxımından azadlığı tələb etmək bacarığının yaradılması mənasında hesab edib və təklif baxımından azadlıq barəsində xatırladıblar: Bu baxımdan insan özünün və digərlərinin azadlığı ardıncadır.

Həzrət Ayətullahülüzma Xamenei habelə qərb ictimaiyyətində azadlığın həqiqətlərinə toxunaraq əlavə ediblər: Çox pis, acı və nəhs həqiqətlər, bəzi hallarda, nifrət doğurucu qərb ictimaiyyətindədir. Bunların nəticəsi də ayrı-seçkilik, hədəli şəkildə danışmaq, müharibə yaratmaq və insan haqları və demokratiya kimi şərafətli mövzularla seçim şəklində davranmaqdır.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Bütün bunlara baxmayaraq bu təəssüfləndirici həqiqətlər azadlıq məzmununda təhqiqat aparmaq üçün qərb mütəfəkkirlərinin nəzəriyyələrinə müraciət etmək faydalıdır. Çünki qərblilər azadlıq və bu barədə fikir çoxluğu məzələsi ilə bağlı ideoloji sistemin tənzimlənməsində uzun keçmişə malikdirlər.

  • Yazılıb
  • da (də) 2012 Nov 14