Tarix : 2012 Nov 14
Kod 34189

“S-200” sisteminin raketi uğurla atılıb

İran İslam Respublikası ordusunun Xatəmul-Ənbiya (s.ə.s) havadan müdafiə qərargahının komandanı “Vilayət Səması Müdafiəçiləri 4” hərbi təlimlərinin ...
/Aran Agentliyi

İran İslam Respublikası ordusunun Xatəmul-Ənbiya (s.ə.s) havadan müdafiə qərargahının komandanı “Vilayət Səması Müdafiəçiləri 4” hərbi təlimlərinin 3-cü günündə “S-200” zenit raket kompleksinin uğurla sınaqdan keçirildiyini bildirib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, general-leytenant Fərzad İsmaili bu gün jurnalistlərə müsahibəsində deyib: “Vilayət Səması Müdafiəçiləri 4” hərbi təlimlərinin 3-cü günündə İranın cənubunda Bəndər Abbasda “S-200” zenit-raket kompleksindən buraxılan raketin uğurla nəzərdə tutulan hədəfi vurduğunu bildirib.

General İsmailinin sözlərinə görə, “S-200” zenit raket kompleksi yüksək hündürlükdə uçan strateji təyyarələr və yarım ballistik raketlərə qarşı dizayn olunub.

İran İslam Respublikası ordusu Xatəmul-Ənbiya (s.ə.s) havadan müdafiə qərargahının komandanı habelə bildirib: “S-200” raket sistemi hədəfləri vurmaq qabiliyyətinə malikdir və strateji funksiyasından əlavə taktiki və əməliyyat səhnələrində pilotsuz təyyarələri məhv etmək potensialına da sahibdir.

İran İslam Respublikasının müdafiə qüvvələri həmçinin bu gün “Vilayət Səması Müdafiəçiləri 4” hərbi təlimlərinin 3-cü mərhələsinin davamında yenilənmiş “Qadir” və “Ya Zəhra 3” raket sistemlərinin funksiyasını uğurla icra ediblər.

Raketlərin quraşdırılmadan atılması və atış üçün platformaların sürətli yerləşdirilməsi Qadir raket sisteminin qabiliyyətlərindəndir və 30 dəqiqə ərzində bu raket sistemi quraşdırılaraq, atışa hazır vəziyyətə gətirilir.

 “Ya Zəhra 3” müdafiə raket sistemi də yerləşdirildikdən və yenidən təmir olunduqdan sonra İslam Respublikasının müdafiə qüvvələrinə qaytarılıb və silahlı qüvvələrin əməliyyatlarında işlədilib.

Bazar ertəsi günü start verilən “Vilayət Səması Müdafiəçiləri 4” müştərək hərbi təlimləri İranın mərkəz, cənub və yarım şərq hissələrində Xatəmul-Ənbiya havadan müdafiə qərargahının komandanlığına bağlı müxtəlif silahlı qüvvələrin iştirakı ilə keçirilməkdədir.

  • Yazılıb
  • da (də) 2012 Nov 14