Tarix : 2012 Nov 17
Kod 34241

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını məhv edib

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi İranın cənub-qərbində yerləşən Xuzistan ostanında əcnəbilərin casusluq xidmətlərinə bağlı terror şəbəkəsinin məhv edildiyini bildirib
/Aran Agentliyi

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi İranın cənub-qərbində yerləşən Xuzistan ostanında əcnəbilərin casusluq xidmətlərinə bağlı terror şəbəkəsinin məhv edildiyini bildirib.

İranın Təhlükəsizlik Nazirliyi bu gün cümə bir bəyanatda bildirib: Bu nazirliyin qüvvələri Xuzistan ostanı əhalisinin təhlükəsizliyinə zərbə vurmaq məqsədilə bu ostanda bomba quraşdıran əcnəbilərin casusluq xidmətlərinə bağlı terrorçu ünsürlərdən bir qrupunu ötən gün müəyyənləşdirərək həbs ediblər.

İranın Təhlükəsizlik Nazirliyinin bəyanatında bildirilir: Bu terror qruplaşmasının üzvləri külli miqdarda partlayıcı maddələr, habelə Fars körfəzi ətrafında yerləşən ölkələrdən göndərilmiş vasitələrlə birlikdə müəyyənləşdirilərək həbs olunublar.

Bəyanatda qeyd olunur ki, bu ünsürlər qərb-sionist casusluq xidmətlərinin rəhbərliyi ilə başqa bir təxribatçılıq ardınca idilər. Lakin onların məkrli planı zərərsizləşdirildi.

İranın Təhlükəsizlik Nazirliyi bildirib: Bu terror qruplaşmasını partlayışa hazır 7 bombasının zərərsizləşdirilməsi əməliyyatında rabitə vasitələri də aşkarlanaraq götürülüb.

  • Yazılıb
  • da (də) 2012 Nov 17