Tarix : 2012 Nov 19
Kod 34287

S.H.Nəsrullah : Fələstin müqaviməti dünyanı heyrətdə qoyub

Müqavimət qüvvələri indiyədək sarsılmazlığını , şücaətini , qüdrəti , fədakarlıqlarını , yüksək qabiliyyətlərini tam aydın sərgiliyə bilmişdir
/Aran Agentliyi

Livan Hizbullahının baş katini Seyid Həsən Nəsrullah Fələstin müqavimətinin Sionist rejim hücumlarının qarşısındakı dirənişini yüksək qiymətləndirərək deyib: Müqavimət qüvvələrinin Sionist rejim müqabilindəki qəhrəmanlıqları heyrətləndiricidir.

Seyid Həsən Nəsrullah məhərrəm ayının 3-də qəsbkar İsrailin Qəzzəyə hücumlarının davamına toxunaraq deyib: Müqavimət qüvvələri indiyədək sarsılmazlığını , şücaətini , qüdrəti , fədakarlıqlarını , yüksək qabiliyyətlərini tam aydın sərgiliyə bilmişdir.

Seyid Həsən Nəsrullah əlavə olaraq deyib: Əgər müqavimət zəif olsaydı , düşmən daha da artıq tamahkarlıq göstərərdi amma müqavimət neçə gündən sonra dünyanı heyrətdə qoymuşdur.

Livan Hizbullahının baş katibi təkidlə bildirib : Müsəlman ölkələr bütün var-gücləri və imkanları ilə o cümlədən neft silahı ilə sionistlərin Qəzzəyə hücumlarını cavablandırmalıdırlar.

 

  • Yazılıb
  • da (də) 2012 Nov 19