Tarix : 2012 Nov 19
Kod 34310

Şiə və Sünni davasının güclənməsini İslam ictimaiyyətinə zorla yükləyirlər

''Suriya böhranının həlli budur ki, bu ölkəyə silah idxal olunmasın''
/Aran Agentliyi

"Suriya böhranının həlli budur ki, bu ölkəyə silah idxal olunmasın"

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah İmam Seyid Əli Xamenei Şiə və Sünni arasındakı ixtilafın qədimdən mövcud olduğuna və yeni olmamasına işarə edərək buyurub: Son illərdə bu ixtilafın qeyri-təbii şəkildə artması və böyüməsi bunu göstərir ki, Şiə və Sünni davasının güclənməsini İslam ictimaiyyətinə zorla yükləyirlər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah İmam Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Həzrət Ayətullah İmam Seyid Əli Xamenei keçən gün 19 noyabr Həcc İşləri İdarəsinin məsulları və işçiləri ilə görüşündə Həcci istisnayi bir vacib sayaraq və İslam dünyasının birliyi məsələsinə təkid edərək deyib: Həcc mösümündə vəhdət, əzəmət, böyüklük və İslam dünyasının çoxluğu reallıqla görsənir ki, bu fürsətdən səmərəli istifadə olunmalıdır.

Həcc mərasimi ibadət, təvazökarlıq, Allah dərgahında özünü kiçik saymaq, siyasi və ictimai hüzur kimi ünsürlərdən tərkib olunmuş bir dini vacibdir.

İslam İnqilabından öncəyə qədər Hacıları ancaq əməllərinin səhih olması düşündürürdü. Bir haldaki bu böyük toplantıda çoxluq, əzəmət, qüdrət, vəhdət və birlik kimi göstəricilərdə mövcuddur ki, insanlıq, ictiamiyyətin saflaşması və İslami vəhdət yönündə yeni bir hərəkət yarada bilər. Və bu mütəali baxış qeyri-İranlı zəvvarlara da ötürülməlidir.

Bu mərasimdə diqqət olunası vacib olan məsələlərdən biri də şiə və sünni birliyidir. Şiə və Sünni arasındakı ixtilaflar qədimdən mövcud olub və yeni bir məsələ deyildir. Amma son illərdə bu ixtilafın qeyri-təbii şəkildə artması və böyüməsi bunu göstərir ki, Şiə və Sünni davasının güclənməsini İslam ictimaiyyətinə zorla yüklənir və tətbiq olunur.

Bu məsələdə təkcə şiə və sünni arasında anlaşmanın və vəhdətin olmasını təkid etmək kifayət etmir.

Bəzi ixtilaflar yersiz şübhə və xəyallardan doğmuşdur ki, bu cür doğru olmayan təsəvvürlər islah olunmalıdır.

Eyni halda bəzi ixtilafların da amili yersiz və nadürüst rəftarlardır ki, bu cür amillərdə tanınmalı və dərman olunmalıdır.

Hacıların siyasi baxışları işıqlandırılmalı və zehinlərindəki düyünlər Həcc İdarəsinin işçiləri tərəfindən açılmalıdır.

Bu zehni düyünlərdən biri də Suriya məsələsi və bu ölkədəki böhrandır. İran İslam Respublikasının Suriya barəsəindəki mövqeyi tam şəkildə aşkardır. Suriya məsələsinin həqiqəti budur ki, hegomonlar və sionizm Müqavimət zəncirinin məntəqədəki əsas halqasını sındırsınlar.

Suriya böhranının həlli budur ki, bu ölkəyə silah idxal olunmasın. Təbiidir ki, hər hansı ölkədə müxalif dəstələr xarici dövlətlərdən silah alıb iğtişaş yaratsalar iqtidar bu cür müxaliflərə qarşı reaksiya verməli və onları cəzalandırmalıdır.

Əgər müxaliflər silahı yerə qoysalar dövlətlə müzakirə edə, öz mövqelərini bildirə və öz tələblərinə çata bilərlər.

Həcc idarəsinin işçiləri hacıların işlərinin həllində heç bir həddə qane olmasınlar və hacılara tam rifah xidmətləri göstərsinlər.

Qeyd edək ki, bu görüşdə Höccətul-İslam vəl-müslimin Qazi Əsgər – Vəliyyi Fəqihin nümayəndəsi və Hacıların başçısı və həmçinin Höccətul-İslam vəl-müslimin Seyid Əhməd Musəvi – Həcc və Ziyarət Təşkilatının rəisi, gördükləri işlər haqqında məruzə etdilər.(İQNA)

  • Yazılıb
  • da (də) 2012 Nov 19