Tarix : 2012 Nov 26
Kod 34441

Dağlıq Qarabağda aeroportun açılması bu regionun statusunu dəyişməyəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri yenə hər kəsi yola verməkdə davam edirlər
/Aran Agentliyi

ATƏT-in Minsk qrupunun həmsədrləri yenə hər kəsi yola verməkdə davam edirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri erməni tərəfinin işğal edilən Dağlıq Qarabağda yeni aeroportu istifadəyə vermək niyyəti ilə bağlı məsələnin diplomatik yolla və beynəlxalq konvensiyalara əsaslanaraq həllinə ümid edirlər. “Ümid edirik ki, tərəflər bu məsələni beynəlxalq səviyyədə qəbul edilən konvensiyalar vasitəsilə və diplomatik yolla həll edəcəklər”, - deyə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak For “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri erməni tərəfinin aeroportu istifadəyə vermək niyyəti ilə bağlı narahatlıqlarını bildiriblər və bu addımin regionda gərginliyi artıracağı barədə xəbərdarlıq ediblər. “Biz artıq açıq şəkildə bəyan etmişik ki, bu aeroportun açılışı Dağlıq Qarabağın statusunu heç bir şəkildə dəyişmir”, - deyə J.For vurğulayıb. Öncə Ermənistanın baş naziri Tiqran Sarqsyan “İnterfaks” agentliyinə məlumat verib ki, ölkəsi yerli aeroportda texniki işlər başa çatdıqdan sonra Dağlıq Qarabağa aviareyslər həyata keçirməyə başlayacaq.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Nov 26