Tarix : 2012 Nov 28
Kod 34454

Tehran İran hava zolağını pozanlara xəbərdarlıq etdi

Ramin Mehmanpərəst müxbirimizlə müsahibədə deyib: Oktyabr ayında ABŞ ordusu tərəfindən İranın hava zonasının pozulması ilə əlaqədar 8 halın şahidi olmuşuq
/Aran Agentliyi

 İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın ABŞ-dan BMT və Təhlükəsizlik Şurasına rəsmi şikayət məktubu göndərdiyinə toxunaraq bildirib: İran İslam Respublikası öz ərazisini qətiyyətli şəkildə qoruyacaq və müdafiə edəcək.

Ramin Mehmanpərəst müxbirimizlə müsahibədə deyib: Oktyabr ayında ABŞ ordusu tərəfindən İranın hava zonasının pozulması ilə əlaqədar 8 halın şahidi olmuşuq. Bu hallar ayrı-ayrılıqda BMT-yə elan olunub və əlbəttə ABŞ-a da kəskin şəkildə etiraz edilib.

“İran İslam Respublikası öz kəskin etirazlarında ABŞ-dan istəyib ki, beynəlxalq hüquq normaları və edilməsi və İranın hakimiyyəti, müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə riayətin edilməsində öz beynəlxalq öhdəliklərinə sadiq olsun” –deyə Mehmanpərəst bildirib.

İran XİN sözçüsünün sözlərinə görə, İran beynəlxalq normalar qarşısında ölkənin hava zolağının qorunması ilə əlaqədar məsələ barəsində lazımi cavabın verilməsini öz təbii haqqı hesab edir.

 

 

  • Yazılıb
  • da (də) 2012 Nov 28