Tarix : 2012 Nov 28
Kod 34461

Kərbəla türbətinin təsirini görən xristian necə müsəlman oldu

Musa ibni Əbdüləziz nəql edir
/Aran Agentliyi

Musa ibni Əbdüləziz nəql edir

HaqqYolu -  Musa ibni Əbdüləziz nəql edir: “Bağdadda bir xristian məni gördü və dedi: Səni peyğəmbərinə and verirəm, o kəs ki, Kərbəladadır və insanlar onu ziyarət edirlər, kimdir?”.

Dedim: “Əli ibni Əbitalibin (ə) oğludur, Peyğəmbərin (s) nəvəsidir. Adı Seyyidi-şühədadır. Nə oldu ki, bunu məndən soruşursan?” Dedi: “Qəribə bir əhvalatım vardır”. Dedim: “Danış”. Dedi: “Harun ər-Rəşidin xidmətçisi gecə yarısı qapıma gəldi və məni təcili apardı. Məni Musa ibni İsa Haşiminin evinə apardı. Əmr etdi ki, onun qohumu olan bir kişini müalicə edim. Oturdum və müayinə etdim, gördüm ki, özündə deyildir. Faydası yoxdur. Soruşdum ki, xəstəliyi nədir? Gördüm ki, bir teşt gətirdilər və mədəsində olanların hamısını ora boşaltmışdı. Dedim: “Nə baş vermişdir?!”. Dedilər: “Bir saat əvvəl burada əyləşmişdi, ailəsi ilə söhbət edirdi. İndi isə bu hala düşmüşdür. Burada Bəni-Haşimdən bir nəfər var idi. Söhbət İmam Hüseyndən (ə) və onun hərəmindən düşdü.

Musa ibni İsa dedi: “Əhli-beyt (ə) davamçıları İmam Hüseynlə (ə) bağlı o qədər ifrat ediblər ki, onun qəbrinin torpağından şəfa məqsədilə istifadə edirlər”. Həmin şəxs deyir ki, mən də həmin türbətdən istifadə etmişəm və mənə şəfa vermişdir.

Musa dedi: “Həmin türbətdən sənin yanında varmı?” Dedi: “Bəli”. Dedi: “Gətir”. Həmin şəxs gedir və bir qədər türbət gətirir. Musa da onu götürür və məsxərə edərək, həmin türbəti ağzına qoyur. Bir qədər keçəndən sonra fəryad çəkməyə başlayır. Qarnında nə varsa, bu teştə boşaltdı.

Soruşdular: “Onu müalicə edə bilərsənmi?” Mən çubuğu götürdüm və onun teştdəki ciyərini və ürəyini göstərdim. Dedim: “İsa peyğəmbər (ə) ölüləri dirildərdi”. Sonra mən bu evdən çıxıb getdim və həmin bədbəxti öz halına buraxdım. Səhərə yaxın həmin evdən fəryad səsləri gəlməyə başladı”.

Bu xristian müsəlman olur və dəfələrlə İmam Hüseyni (ə) ziyarət edir. Bəli, bu müqəddəs türbəti məsxərə edənlərin aqibəti idi.(İslami saytlara istinadən)

deyerler

  • Yazılıb
  • da (də) 2012 Nov 28