Tarix : 2012 Nov 30
Kod 34511

Almaniya İran səfirliyinə edilən hörmətsizlikdən təəssüfləndiyini bildirdi

Almaniyanın xarici işlər naziri iranlı həmkarı ilə saxladığı telefon əlaqəsində Münafiqlər qruplaşmasının İranın Berlindəki səfirliyinə qarşı hücumundan təəssüfləndiyini bildirib
/Aran Agentliyi

Almaniyanın xarici işlər naziri iranlı həmkarı ilə saxladığı telefon əlaqəsində Münafiqlər qruplaşmasının İranın Berlindəki səfirliyinə qarşı hücumundan təəssüfləndiyini bildirib.

Gido Vestervelle həmçinin bildirib ki, bu məsələni mümkün olan ən qısa zamanda araşdıracaq.

Terrorçu Münafiqlər qruplaşmasının üzvləri çərşənbə günü İranın Berlindəki səfirliyinin binasına hücum ediblər. Halbuki, İran səfirliyinin öncədən dəfələrlə xəbərdarlıq etməsinə və baş verənlərdən öncədən xəbərdar olmasına baxmayaraq, alman polisi lazımi əməkdaşlıqdan yayınıb və hadisə yerinə xeyli təxirdən sonra gəlib.

İranın Berlindəki səfirliyinə təcavüz edənlərin səsləndirdikləri şüarlardan aydın olur ki, bu işdə onları himayə edən və dəstəkləyən tərəf sionist dairələr olub.

İran səfirliyinə hücum edənlər azsaylı olmalarına baxmayaraq, tam təchiz edilmiş formada olublar. Onlar malik olduqları təchizatlardan istifadə edərək, çox qısa zamanda səfirlik binasının ətrafındakı baryeri aşaraq, səfirliyin həyətinə daxil olublar. Onlar bu iş üçün açılıb-yığılan nərdivanlardan və güclü dəmir qayçılardan istifadə edərək, səfirlik binasının ətrafındakı hündür hasara dırmaşıb və tikanlı telləri kəsib, səfirliyin həyətinə soxulublar.

Baş verən hadisədə diqqəti özünə cəlb edən digər məqam isə hadisə yerinə olan jurnalistlər və müxbirlərin sayının həddən artıq çox olması olub ki, bu da bu çirkin hərəkətin öncədən ahəngdarlaşdırılmış və planlaşdırılmış bir hərəkət olduğunu sübut edir.

Alman polisinin səfirlik binasına təxir ilə daxil olması hücumçulardan çoxunun vaxtında hadisə yerindən qaçmasına şərait yaradıb.  Amma, alman polisi hadisə amillərindən 12-nin həbs edildiyini bildirib.

Bu hadisənin ardınca İran İslam Respublikasının Berlindəki səfiri Almaniyanın Xarici İşlər Nazirliyində olaraq, baş verən hadisəyə və alman polisinin öncədən məlumatlandırılmasına baxmayaraq, İran səfirliyinə qarşı hörmətsizliyin qarşısını almaqda üçn lazımi əməkdaşlıqdan yayınmasına görə kəskin formada etiraz edib.

Terrorçu Münafiqlər qruplaşmasının bu hərəkəti isə elə bir şəraitə təsadüf edir ki, ABŞ İran xalqı ilə düşmənçiliklərinin davamında son zamanlar bu qruplaşmanın adını terrorçu təşkilatlar siyahısından xaric edib. Halbuki, Münafiqlər qruplaşmasının İranda törətdiyi terror aktlarında indiyə kimi minlərlə sivil insan və ölkə rəsmisi şəhid olub və yaralanıb.

Həmçinin, İraq xalqının qırğın edilməsində Səddam rejimi ilə sıx əməkdaşlığa malik olduğu üçün Münafiqlər qruplaşmasının üzvləri bu ölkədən çıxarılıblar.

Qeyd etmək lazımdır ki, Münafiqlər qruplaşmasının bəzi üzvləri bir sıra qonşu ölkələrdə o cümlədən Azərbaycan Respublikasında yuva quraraq, İrana qarşı terror hücumlarını davam etdirirlər.

  • Yazılıb
  • da (də) 2012 Nov 30