Tarix : 2012 Dec 04
Kod 34600

İran qonşu ölkələrlə münasibətlərin inkişafına önəm verir

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran üçün bütün ölkələrlə münasibətlərin inkişafı və tənzimlənməsi önəmli olsa da, qonşu ölkələr İran ...
/Aran Agentliyi

 

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran üçün bütün ölkələrlə münasibətlərin inkişafı və tənzimlənməsi önəmli olsa da, qonşu ölkələr İran hökuməti və quruluşu üçün yüksək əhəmiyyət kəsb edirlər.

Əli Əkbər Salehi bazar günü gecə Zahidanda deyib: İran uzun sərhədlərə malik böyük ölkədir. Belə ki, dünya xəritəsində 15 önəmli və strateji ölkə onu əhatə ediblər və İran üçün bu ölkələr digərlərindən çox əhəmiyyətlidirlər.

İran xarici işlər naziri əlavə edib ki, qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi İranın xarici siyasətinin prioritetidir. Çünki İranın bu ölkələrlə çoxlu müştərək mənafeyi vardır.

 “İran dünyada strateji mövqeyə malikdir və bir çox ölkənin bir neçə kilometr uzun sərhədə malik olmağı arzu etdiyi bir halda, İranın bütün sərhədləri şimaldan-cənuba, qərbdən-şərqə qədər xüsusi və seçilmiş mövqeyə malikdir. Hətta əgər kosmosdan ona diqqət yetirilərsə, o, dünyanın quru yarım kürəsinin ürəyində və mərkəzində müşahidə olunur” –deyə Salehi bildirib.

  • Yazılıb
  • da (də) 2012 Dec 04