Tarix : 2012 Dec 05
Kod 34628

Sepah ABŞ-ın “İtigözlü Qartalı”nı ovladı

ABŞ-ın “Scan Eagle”(İtigözlü Qartal) adlı pilotsuz casusluq təyyarəsi kiçik ölçülü və silahsız təyyarə növündəndir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu ...
/Aran Agentliyi

 

ABŞ-ın “Scan Eagle”(İtigözlü Qartal) adlı pilotsuz casusluq təyyarəsi kiçik ölçülü və silahsız təyyarə növündəndir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın xüsusi əməliyyat qüvvələri tərəfindən sağ-salamat formada ələ keçirilib.

ABŞ-ın RQ-170 pilotsuz casusluq təyyarəsinin İranın silahlı qüvvələri tərəfindən ölkənin şərqində ələ keçirilməsinin ildönümündə, bu gün ABŞ-ın daha bir casusluq təyyarəsinin, “Scan Eagle” pilotsuz təyyarəsinin İranın silahlı qüvvələri tərəfindən ələ keçirilməsi xəbərinin şahidi olduq.

Bu artıq neçənci dəfədir ki, ABŞ-ın pilotsuz təyyarələri İran İslam Respublikasının sərhədlərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirirlər. Və hər dəfə də İranın silahlı qüvvələri ilə qarşılaşırlar.

Scan Eagle pilotsuz təyyarəsi ilk dəfə olaraq Boinq təyyarə şirkətinə məxsus İnsitiv şirkəti tərəfindən kiçik ölçüdə düzəldilmiş silahsız pilotsuz təyyarə sayılır.

Bu təyyarə ilk dəfə olaraq balıqçılıq sənayesində istifadə və balıqçılıq məntəqələrinə nəzarət məqsədilə düzəldilib. Amma, sonralar onun texnologiyası və imkanları genişləndirilib və bu gün artıq ondan fərqli məqsədlər üçün istifadə edilir. Belə ki, hazırda ABŞ-ın dəniz piyadaları üçün İraq və digər məkanlarda minlərlə saat kəşfiyyat uçuşları həyata keçirir.

Scan Eagle-ın texnologiyasının yüksəldilməsi prosesi o qədər davam etdi ki, hazırda ondan müharibə şəraitində müstəqil nəzarət sistemi kimi də istifadə edilir. Və 2004-cü ildən İraq müharibəsində istifadə etməsi üçün İraq ordusunun ixtiyarına verilib.

Hal hazırda Scan Eagle bir elektro-optik kameraya , bir ultrabənövşəyi kameraya və 100 kilometrdən artıq bir məsafəni nəzarətdə saxlaya bilən radio-antenaya malikdir. Scan Eagle həmçinin, 20 saatdan artıq havada qala bilir.

Bu pilotsuz təyyarə son dərəcə kiçik və silahsız təyyarədir ki, ABŞ-ın xüsusi əməliyyat qüvvələri tərəfindən idarə olunur.

Bu pilotsuz təyyarənin uzunluğu 119 santimetr, qanadları arasındakı məsafə isə 305 santimetrdir. Ümumi çəkisi 18 kiloqram olan bu təyyarə havaya yüksəlmək üçün uçuş zolağına ehtiyaclı deyil və yüksək hava təzyiqi ilə havaya atılır. Eniş zamanı isə onu ucunda qarmaq olan bir ip ilə tuturlar.

Scan Eagle  saatda 120 kilometr sürətlə hərəkət edir və 16 min fut yüksəklikdə uçmağa qadirdir. Ümumilikdə 20 saat havada qalmaq imkanına malikdir.

Ötən ay da ABŞ-ın bir ədəd pilotsuz təyyarəsi İranın hava zonasına təcavüz etmişdi ki, İranın silahlı qüvvələrinin sürətli reaksiyasının ardınca ərazini tərk etməyə məcbur olmuşdu.

Sepah-ın düşmənin uçan obyektlərinin dəqiq formada izlənilməsi üçün istifadə etdiyi lokatorlar düşmənin bütün fəaliyyətlərini dəqiq formada nəzarət altında saxlayır. Buna görə də ABŞ-ın pilotsuz təyyarələri İran ərazisinə daxil olan kimi dərhal İranın silahlı qüvvələrinin şikarına çevrilirlər.

Bu məlumata görə, bir müddət öncə İran rəsmi bir məktubda BMT-yə müraciət edərək, ABŞ-ın pilotsuz təyyarələrinin İran səmasına təcavüz etmələrinə etirazını bildirmiş, bunun qarşısının alınmasını istəmişdi.

  • Yazılıb
  • da (də) 2012 Dec 05