Tarix : 2012 Dec 07
Kod 34689

İran; ABŞ pilotsuz təyyarələrinin yeganə ovçusu

Rusiya ekspertlərinin bildirdiyinə görə, İran dünyada ABŞ pilotsuz təyyarələrinin yeganə şikarçısıdır
/Aran Agentliyi

Rusiya ekspertlərinin bildirdiyinə görə, İran dünyada ABŞ pilotsuz təyyarələrinin yeganə şikarçısıdır.

İRİB-in məlumatına görə, Rusiya Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko İranın indiyə qədər ABŞ-ın casusluq pilotsuz təyyarələrini ələ keçirə bilən yeganə ölkə olduğunu bildirərək deyib: Bu addım İran İslam Respublikası üçün böyük hərbi və müdafiə uğurudur.

“İranın yeni uğuru göstərir ki, bu ölkə ABŞ-ın casusluq təyyarələrini ələ keçirmək, eləcə də bu tipli təyyarələrin sirrinin açılması və sisteminə daxil olmaq texnologiyasını əldə edib” –deyə rus ekspert bildirib.

Silahların Beynəlxalq Ticarəti Təhlili Tədqiqatlar Mərkəzinin rəhbəri habelə xatırladıb: İran elə bir səviyyədədir ki, bu ölkənin bütün müdafiə və hərbi layihələri, o cümlədən pilotsuz təyyarələrin ələ keçirilməsi sahəsindəki proqramı öz bəhrəsini vermişdir.

Korotçenko habelə ABŞ-ın pilotsuz təyyarələri tərəfindən ölkələrin hava sərhədlərinin pozulması hallarının beynəlxalq dairələrdə araşdırılmasında İranın haqlı olduğunu vurğulayıb.

Bir neçə gün öncə ABŞ-ın bir pilotsuz təyyarəsi informasiya toplamaq və kəşfiyyat məqsədilə Fars körfəzinin ümumi məntəqəsində reyd keçirirmiş. Bu pilotsuz təyyarə İran İslam Respublikasının səmasına daxil olan kimi İslam İnqilabı Keşikçilər Korpusunun dəniz qüvvələrinin nəzarət sistemləri və müdafiə qüvvələri tərəfindən ələ keçirilib.

  • Yazılıb
  • da (də) 2012 Dec 07