Tarix : 2012 Dec 09
Kod 34729

“Urmiyə gölü üçün xüsusi vəsait ayrılacaq”

İran İslam Respublikası prezidentinin 1-ci müavini deyib: Hökumət gələn ilin büdcəsində Urmiyə gölü probleminin həlli üçün xüsusi vəsait nəzərdə tutub
/Aran Agentliyi

 

İran İslam Respublikası prezidentinin 1-ci müavini deyib: Hökumət gələn ilin büdcəsində Urmiyə gölü probleminin həlli üçün xüsusi vəsait nəzərdə tutub.

Məhəmməd Rza Rəhimi bu gün Urmiyə Gölü Beynəlxalq Konfransın başlanğıcında Urmiyə gölünün qorunmasının siyasi xarakterli deyil, milli bir layihə olduğunu qeyd edərək söyləyib: Urmiyə gölünün məsələsinin həllinə milli baxışdan diqqət yetirmək lazımdır.

Rəhimi ümidvarlıq edib ki, İslam Şurası Məclisinin millət vəkilləri Urmiyə gölünün vəziyyətinin yaxşılaşdırılması üçün öz səylərindən istifadə edəcəklər.

3 gün davam edəcək Urmiyə Gölü Beynəlxalq Konfransı bu gündən etibarən daxili və xarici mütəxəssislərin iştirakı ilə işə başlayıb.

  • Yazılıb
  • da (də) 2012 Dec 09