Tarix : 2012 Dec 10
Kod 34756

21 Dekabr; Dünyanın sonu yoxsa iqtisadı fırıldaqçılıq

İctimai dairələr tərəfindən dünyanın sonu ilə bağlı müxtəlif şayiələr gündəmə gətirilib ki, elm və din bu şayiələr üçün heç bir məntiqli dəlil və səbəblərin olmadığını bildirir
/Aran Agentliyi

İctimai dairələr tərəfindən dünyanın sonu ilə bağlı müxtəlif şayiələr gündəmə gətirilib ki, elm və din bu şayiələr üçün heç bir məntiqli dəlil və səbəblərin olmadığını bildirir.

Buradan da bu şayiələrdə məqsədin daha çox xalqın cahilliyindən faydalanaraq, iqtisadi maraqlara xidmət olduğu aydın olur. Artıq bir müddətdir ki, 21 dekabr 2012-ci il tarixi dünyanın sonu kimi təbliğ edilməkdədir. Bu gün İranda ilin ən uzun qış gecəsi olan çillə gecəsinə təsadüf edir. Müxtəlif sosial internet şəbəkələrində bu günlə bağlı şayiələr gündəmə gətirilməkdədir və hər gün bu şayiələrin miqyası daha da artmaqdadır. Əlbəttə alimlər və xüsusilə də NASA kosmonavtika təşkilatı bu şayiələri təkzib ediblər. Hətta, NASA bunu gülünc hərəkət adlandırıb. 21 dekabr 2012-ci il tarixində dünyanın sona çatması ilə bağlı şayiə ilk dəfə olaraq bu iddia ilə gündəmə gəldi ki, Şumerlər tərəfindən kəşf olunmuş Nibiro adlı planet yerə doğru hərəkət etməkdədir. İlk öncə deyilirdi ki, bu faciə 2003-cü ilin mayında baş verəcək. Amma, bu tarixin gəlib keçməsi və heç bir hadisənin baş verməməsinin ardınca bu dəfə həmin tarix 2012-ci ilin dekabrına dəyişmiş oldu. Bu dəfə isə bu iddianı əsaslandırmaq üçün Maya tarixinə istinad edildi. Belə ki, guya Maya tarixində böyük bir fəlakətdən xəbər verilir ki, 2012-ci ilin qışında baş verməlidir. Buna görə də 20 dekabr vəd olunmuş gün kimi proqnoz edildi. Bu şayiəyə gəlincə NASA kosmonavtika təşkilatı özü də daxil olmaqla heç bir elmi mərkəzin belə bir hadisəni proqnoz etmədiyini bildirdi. NASA-nın hesabatında deyilir: Hər hansı bir göy cisminin hərəkət trayektoriyasının Yer kürəsinin hərəkət trayektoriyası ilə kəsişməsi ehtimalı ən azı bir neçə onillik üçün proqnoz edilmir. Hətta, belə bir hadisə baş vermiş olarsa, yenə də onun Yer kürəsinə olacaq təsiri son dərəcə az olmuş olacaq. Misal üçün 1962-ci ildə belə bir hadisə baş vermiş oldu. 1982 və 2000-ci illərdə də oxşar hadisələr baş verdi. Amma, heç bir hadisə baş vermədi. Hər il dekabr ayında həm Yer kürəsi, həm də Günəş Qalaktikanın mərkəzinə gedən Samanyolu ilə eyni səviyyədə yer almış olur. Amma, bu hər il baş verən bir hadisədir ki, heç bir mənfi təsirə də malik deyil. Bəziləri deyirlər ki, Maya təqviminə əsasən bir gün bu təqvimin 3 dövründə müştərək olmuş olarsa, dünyanın sonu çatmış olacaq. Halbuki, Maya təqvimi 3 müxtəlif dövrə malikdir ki, müəyyən bir günün bu 3 dövrdə müştərək olması heç də qeyri-adi hal sayılmır. Hətta, məzhəbi baxımdan da bu məsələ heç bir əsasa malik deyil. Çünki, Quran-Kərimdə də bildirilir ki, bütün sirlərin açarı Allahın əlindədir və heç kəs İmam Zamanın(ə) nə zaman zühur edəcəyini və qiyamətin nə zaman baş verəcəyini bilə bilməz. Buna görə də, bu kimi şayiələrin heç bir əsası yoxdur və daha çox macəra xarakteri daşıyır. Belə ki, bu kimi hərəkətlər insanlar arasında qorxu və dəhşət hissinə səbəb olur. Bunların arxasında isə yalnız iqtisadi maraqların durduğunu demək olar. Avropa və Amerikada isə bu kimi şayiələrə tez inanan insanlar öz əmlaklarını və hətta evlərini ucuz qiymətə satmağa başlayıblar. Bunu fürsət bilən sərmayə sahibləri və daha çox sionistlər yaranmış vəziyyətdən su-istifadə edərək, külli miqdarda sərvət əldə etməyə çalışırlar. Buna görə də bu kimi şayiələr qarşısında təmkinli olmaqla yanaşı insanları maarifləndirmək lazımdır.

 

  • Yazılıb
  • da (də) 2012 Dec 10