Tarix : 2012 Dec 11
Kod 34793

Pilotsuz təyyarələrin konstruksiyasında İranın sürətli inkişafı

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən Amerikanın ...
/Aran Agentliyi

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən Amerikanın ikinci pilotsuz təyyarəsinin ovlanmasının əhəmiyyəti və cəhətlərini şərh edib.

Səhər Telekanalı Saytının verdiyi məlumata görə Əl-Aləm Telekanalına müsahibə verən İran İslam Respublikası Silahlı Qüvvələrini Baş Qərargah rəisinin müavini General-mayor Seyid Məsud Cəzayiri İranın quru və havadan müdafiə qüdrəti ilə üzləşməkdə Amerikanların çaşbaşlığına işarə edərək, deyib: “ Biz bir tərəfdən düşmən habelə hər bir təyyarənin İran sərhədlərinə daxil olmaq istədiyi zaman onu diqqətlə izləyib, yerini müəyyənləşdirə bilirik. Elmi baxımdan isə İran alimləri elə bir mərhələdədirlər ki, İranın ərazi bütövlüyünü müdafiə etmək üzrə hərbi və müdafiə məsələləri xüsusiyyət təşkil etməklə müxtəlif məsələlərdə özlərindən müxtəlif texnologiyaları nümayiş etdirə bilirlər. Biz keçmişdə RQ 170 tipli Amerikanın pilotsuz casusluq təyyarəsini ələ keçirə bildik və hazırda da Amerikanın başqa pilotsuz təyyarələri İranın Havadan Müdafiə sistemi tərəfindən ovlanırlar. Nəzərimcə Amerikanlar İranın havadan müdafiə üçün lazımi qabiliyyətə malik olduğunu başa düşməlidirlər və tövsiyə edirik ki, onlar yersiz yerə özləri və başqaları üçün problem törətməsinlər”.

General Cəzayiri öz sözlərinin davamında deyib: “ İranın müdafiəçiləri tərəfindən bu cür aşkarlama bir növ amerikanların təcavüzkarlığının göstəricisidir. Biz dəfələrlə elan etmişik ki, bizim ətrafımızda olan Fars Körfəzi, Yaxın Şərq habelə Qərbi-Asiya məntəqələrində Amerikanlar və bütün təcavüzkar qüvvələrin bu məntəqələri tərk etdikləri zaman bu məntəqələrdə davamlı dinclik və təhlükəsizlik bərqərar olacaqdır. İranın müdafiə qüdrətinin yüksəldilməsi həm bizim xeyrimizə həmdə bizim qonşularımız həmçinin həm məntəqənin ərəb həm qeyri-ərəb bölmələrində bizim qardaşlarımızın xeyrinədir. Bu məsələ Amerikanın şeytancasına hərəkətləri qarşısında önləyicilik xarakteri daşıyır”.

İran İslam Respublikasının Silahlı Qüvvələrini Baş Qərargah rəisi İranın Fələstin Müqavimətini himayəni elan etmək üzrə “ müraciətləri” haqda da deyib: “ Fələstin məsələsi yalnız müsəlmanlara aid deyil, hətta sırf regiona da aid deyil, əksinə bütün bəşəriyyətə aid olan məsələdir. İran İslam Respublikası dəfələrlə elan edib ki, edə bildiyi qədər dünyanın hər bir nöqtəsində bütün məzlumlara yardım edəcəkdir. Və xoşbəxtlikdən biz əlimizdən gəldiyi qədər bu işi həyata keçirmişik. İşğal Edilmiş Fələstindəki fələstinli qardaşlarımız haqda da dəfələrlə elan etmişik ki, biz Fələstinin məzlum xalqı və region müqavimətinə əlimizdən gəldiyi qədər yardım etməyə hazırıq”.

  • Yazılıb
  • da (də) 2012 Dec 11