Tarix : 2012 Dec 12
Kod 34828

“Scan İgle” və “RQ170” pilotsuz təyyarələrinin sirləri açılır

İran İslam İnqilabı Keşikçilər Korpusunun aeronavtika qüvvələri komandanı Amerikanın “Scan İgle” pilotsuz təyyarəsinin sirlərinin açıldığını bildirib
/Aran Agentliyi

 

İran İslam İnqilabı Keşikçilər Korpusunun aeronavtika qüvvələri komandanı Amerikanın “Scan İgle” pilotsuz təyyarəsinin sirlərinin açıldığını bildirib.

General-leytenant Əmir Əli Hacızadə bildirib: “Scan İgle” pilotsuz təyyarəsində iranlı mütəxəssislərin əldə edə bilməyəcəyi heç bir məlumat yoxdur və İran bu pilotsuz təyyarənin bütün məlumatlarını əldə edib.

Səhər Telekanalının internet portalının məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusu aeronavtika qüvvələri komandanı bu pilotsuz təyyarənin ələ keçirilməsini ABŞ üçün böyük məğlubiyyət adlandırıb və deyib: Bu pilotsuz təyyarənin oxşarı İranda istehsal olunacaq.

General Hacızadə qeyd edib ki, ABŞ “Scan İgle” pilotsuz təyyarəsinin Amerikanın olduğunu təsdiqləyib və İrandan bu ələ keçirilmiş təyyarənin geri verilməsini istəyib.

Aeronavtika qüvvələri komandanı habelə bildirib: Rusiya, Çin və yaxud heç bir ölkə pilotsuz təyyarələrin ələ keçirilməsində İran İslam Respublikasına heç bir kömək etməyiblər.

  • Yazılıb
  • da (də) 2012 Dec 12