Tarix : 2012 Dec 16
Kod 34916

İran ABŞ-da baş vermiş qanlı insidentlə bağlı başsağlığı verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerika məktəblərindən birində bir qrup məktəbli və müəllimin qətlə yetirilməsi ilə ...
/خبرگزاری آران

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerika məktəblərindən birində bir qrup məktəbli və müəllimin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentlə bağlı başsağlığı verib, hadisə qurbanlarının kədərinə şərik olduğunu açıqlayıb.

Səhər kanalının internet saytının məlumatına görə, Ramin Mehmanpərəst başsağlığı müraciətinin davamında ABŞ ictimaiyyətindən istəyib ki, dünyanın müxtəlif ölkələrində militarist siyasətlər və terrorizmə qurban gedən insanları himayə edilməsində də aktiv iştiraka malik olsun.

R.Mehpmanpərəst deyib: Qəzzə ya Amerika, İraq ya Fələstin, Əfqanıstan ya Pakistan, dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, günahsız insanların xüsusilə də uşaqlar və qadınların qətlə yetirilməsinə insani prizmadan yanaşılmalı və dünya xalqlarının sülh və təhlükəsizliyinin təmin edilməsinə səy göstərilməlidir.

Amerikanın Konnektikut Ştatında, Nyutaun şəhərinin Send Hok məktəbi bir silahlı şəxsin hücumuna məruz qalıb. 20-si məktəbli olmaqla 30 nəfərin həlak olduğu bildirilir.

  • Yazılıb
  • da (də) 2012 Dec 16