Tarix : 2012 Dec 17
Kod 34951

İran Türkiyəyə xəbərdarlıq edib

Avropa, ABŞ və Türkiyənin məntiqli və ziyalı insanları alov yaranmadan öncə tez bir zamanda bu sistemi bölgədən yığışdırmalıdırlar
/Aran Agentliyi

İran silahlı qüvvələri baş qərargahının rəisi Türkiyədə patriot raketləri sistemlərinin quraşdırılmasını hədə xarakterli adlandırıb və deyib: Avropa, ABŞ və Türkiyənin məntiqli və ziyalı insanları alov yaranmadan öncə tez bir zamanda bu sistemi bölgədən yığışdırmalıdırlar.

İSNA-ya istinadla verdiyi məlumata görə, İranın silahlı qüvvələri baş qərargahının rəisi ordu generalı Seyid Həsən Firuzabadi Tehranda yüksək səviyyəli hərbi komandanların toplusunda Şimali Atlantik Alyansı NATO-nun Türkiyədə raket əleyhinə müdafiə sistemləri yerləşdirməsi barəsində Türkiyəyə xəbərdarlıq edərək deyib: Belə bir hərəkət Suriya ilə hərbi toqquşma təhlükəsini artırır.

 “Biz Türkiyənin dostuyuq və Türkiyə üçün təhlükəsizliyi istəyirik. Lakin qənaətimizcə, Türkiyədə patriot raket sistemlərinin yerləşdirilməsində məqsəd sionist rejimin təhlükəsizliyini təmin etmək və Suriyanı müdafiə üçün Rusiyanın regiondakı iştirakından nigaranlıqdır” –deyə Firuzabadi bildirib.

Ordu generalı xatırladıb ki, bu sistemlərin hər biri dünya xəritəsində qara nöqtədir və təəssüflər olsun ki, hər gün qərb ölkələrinin biri Suriya və Türkiyə sərhədinə patriotun göndərilməsini təsdiqləyir. Halbuki onlar tam bir müharibənin xəritəsini cızırlar və bu bəşəriyyətin gələcəyi və Avropanın öz gələcəyi üçün təhlükəlidir.

Firuzabadi qeyd edib: Avropa, ABŞ və Türkiyədəki məntiqli və ziyalı insanlar bu sistemlərin alovlanmasından öncə onları bu regiondan uzaqlaşdırmalıdırlar.

İranın xarici işlər naziri Əli Əkbər Salehi də ötən gün qərbin regiondakı hərbi hərəkətlərini hədə xarakterli adlandırıb və deyib: İran İslam Respublikası Suriya hökumətini devirmək məqsədilə qərbin proqram və ssenarilərinin reallaşmasına icazə verməyəcək.

  • Yazılıb
  • da (də) 2012 Dec 17