Tarix : 2012 Dec 18
Kod 34983

Şok: 3 “Scan Eagle” İranın ixtiyarındadır

İran İslam İnqilabı Keşikçilər Korpusunun dəniz qüvvələri komandanı deyib: Amerikanın 3 Scan Eagle pilotsuz təyyarəsi İranın ixtiyarındadır
/Aran Agentliyi

İran İslam İnqilabı Keşikçilər Korpusunun dəniz qüvvələri komandanı deyib: Amerikanın 3 Scan Eagle pilotsuz təyyarəsi İranın ixtiyarındadır.

Səhər telekanalı internet portalının məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusu dəniz qüvvələri komandanı admiral Əli Fədəvi bu gün jurnalistlərə verdiyi açıqlamasında SEPAH-ın dəniz qüvvələri tərəfindən Amerikanın pilotsuz təyyarəsinin ələ keçirilməsi barəsində deyib: ABŞ Müdafiə Nazirliyi 5 gündən sonra bildirib ki, Scan Eagle pilotsuz təyyarəsi onlara aiddir və hələlik onun geri alınması barəsində heç bir məsələ irəli sürülməyib.

Bu pilotsuz təyyarənin uçuş saatının dünyada pilotsuz təyyarələr arasında rekord müddətə sahib olduğunu qeyd edən Əli Fədəvi bildirib: Scan Eagle davamlı şəkildə 30 saat uçuş qabiliyyətinə malikdir və ABŞ gəmiləri üçün yaxşı mühafizə ola bilər.

“Bu pilotsuz təyyarə tamamilə taktiki xarakterlidir və 1,5 milyon saat uçuş rekordunu vurub” –deyə Fədəvi bildirib.

SEPAH dəniz qüvvələri komandanı xatırladıb: Bu, ələ keçirdiyimiz 3-cü pilotsuz təyyarə idi və öncəki hallarda da onların bütün məlumatlarını əldə etmişik. Belə ki, onlar istehsal üçün nəzərdə tutulub və bir müddətdir ki, ölkənin silahlı qüvvələri ondan istifadə edirlər.

Fars körfəzində regiondan kənar ölkələrin iştirakına toxunan Fədəvi deyib: Amerikalılar Fars körfəzində hərbi vasitə ilə öz hərbi müstəmləkəçiliyini dünyada davam etdirmək ardıncadır və əgər amerikalıların hərəkətləri de-stabilliyi kəskinləşdirəcək olarsa, təbii ki, onların özləri də təhlükədə olacaqlar. Hamı bilməlidir ki, Fars körfəzi və Hörmüz boğazı üçün təhlükə bütün dünya üçün təhlükədir.

Admiral Keşikçilər Korpusu dəniz qüvvələri komandanının hərbi təlimlər keçirməsi barəsində deyib: İldə ən azı bir hərbi təlimlər vardır. Onu elan edir və hərbi təlimlərin sayı da bildirilmir. Biz hərbi manevrlərimizi beynəlxalq sularda icra edirik və praktiki təsirlərə malikdir.

İlin sonuna qədər Hörmüz boğazında hərbi təlimlərin keçiriləcəyini bəyan edən Fədəvi bildirib ki, amerikalıların Keşikçilər Korpusu dəniz qüvvələrinin hərbi qüdrətindən xəbərləri yoxdur.

“İranı sürətlə bir dəniz ölkəsinə çevirməliyik” deyən admiral əlavə edib: Biz Fars körfəzində düşmənin hədələri ilə mübarizə üçün yaxşı potensiallara malikik.

  • Yazılıb
  • da (də) 2012 Dec 18