Tarix : 2012 Dec 18
Kod 34989

İranın Təhlükəsizlik Nazirliyi İslam İnqilabının nailiyyətlərini şərh edib

İİR-nın Təhlükəsizlik Nazirliyi İranın İslam İnqilabının mədəni və siyasi amalları və nailiyyətlərini şərh edib
/Aran Agentliyi

İİR-nın Təhlükəsizlik Nazirliyi İranın İslam İnqilabının mədəni və siyasi amalları və nailiyyətlərini şərh edib.

İranın Təhlükəsizlik Nazirliyinin internet portalı mədəni və siyasi bölmələrdə İranın İslam İnqilabının amalları və nailiyyətlərini şərh edən bir hesabat yayımlayaraq belə bildirib : İslam ölkələri və üçüncü dünya ölkələrinin mədəni cəhətdən özünə inamı İranın İslam İnqilabının hədiyyəsidir.

Bu hesabatda sonra belə bildirilib: "Nə Şərq , Nə Qərb" prinsipinə əsasən dünya müsəlmanları və zəifləri üçün yeni mədəni örnəyinin hədiyyə edilməsi mədəni və sosial ərsələrdə İranın İslam İnqilabının nailiyyətlərindədir.

İranın Təhlükəsizlik Nazirliyinin hesabatında dünyada dinə olan ümumi təmayülün artmasının İran İslam İnqilabı ilə həqiqi  əlaqəyə malik olduğu bildirilərək belə vurğulayıb: İİR quruluşunun təsis edilməsi İran İslam İnqilabının mühüm siyasi nailiyyətlərindən idi və bu inqilabın zəfər çalması ilə İİR-nın təşkil edilməsi haqda ümumi istək reallaşdı.

İranın Təhlükəsizlik Nazirliyinin hesabatında belə bildirilib: Vilayət Fəqihə əsaslanan quruluşun formalaşması, habelə ictimaiyyətdə siyasi azadlıqların gerçəkləşdirilməsi, ümumi seçkilərin keçirilməsi yolu ilə xalqın öz taleyini təyin etmək üzrə rolu İİR quruluşunun prinsipləri və istiqamətlənməsindəki ən mühüm dəyişikliklərdəndir.

  • Yazılıb
  • da (də) 2012 Dec 18