Tarix : 2012 Dec 19
Kod 35030

AİP-in həbsdə olan sədri doktor Mövsüm Səmədovun təfəkkürünə qısa baxış

g/Aran Agentliyi

İşarə:

Azərbaycan xalqının, xüsusilə də dindarların bu ölkənin dini qəhrəmanı kimi xatırladıqları Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov təniqidi çıxışına görə artıq iki ilə yaxındır ki, həbsdədir və onun azadlığı ölkənin islamçı fəallarının arzusuna çevrilib. 18 ay həbs çəkdikdən sonra bu yaxınlarda azadlığa çıxmış Azərbaycanın tanınmış ruhanisi hacı Tale Bağırov "Media Forum" saytına verdiyi müsahibəsində doktor Səmədovun və digər etiqad məhbuslarının azadlığını ən böyük arzusu bildirmişdir.

Doktor Mövsüm Səmədovun 2011-ci il 2 yanvarda tənqidi çıxışından qabaq "Mahnameyi Əxbari- Şiəyan" jurnalının 63-cü nömrəsində geniş müsahibsi dərc edilmişdir. Burada bu şiə fəalının təfəkkürləri ilə tanışlıq məqsədilə həmin müsahibəni veririk.

 

- Lütfən, Azərbaycan şiələrinin vəziyyəti barədə qısa izah verin.

- Əvvəlcə, dünya şiələrinin vəziyyətini araşdırdığınız və əks etdirdiyiniz, xüsusilə də "Azərbaycan şiələrinin vəziyyəti" kitabının çapına görə sizə öz təşəkkürümü bildirirəm.

Bildiyiniz kimi Azərbaycanın əhalisinin çoxu yəni təqribən 75-80 faizi şiədir. Bu regionun çoxlu mədəniyyət mərkəzləri, mədrəsələri olmaqla və Ayətullah Badkubeyi kimi tanınmış alimlər yetişdirməklə şiəçilikdə parlaq keçmişi olmuşdur. Kommunistlərin bu İslam ölkəsinə 70 illik hakimiyyəti dövründə təqribən üç min şiə alimini müxtəlif yollarla öldürüblər. Əksəriyyət şiə olsa da kommunistlərin bu təzyiqləri və şiə alimlərinin öldürülməsi şiənin təfəkkür və məzhəbinin zəifləməsinə böyük təsir göstərdi. Demək olar ki, dindarlıq ruhunu və şiəlik etiqadını kommunistlərin dövründə bu xalq üçün qoruyub saxlayan imam Hüseynə (ə) əzadarlıq vasitəsilə əhli-beytə (ə) olan məhəbbət oldu. Əlhəmdulillah, sovetlər birliyinin dağılması ilə dindarlıq üçün yeni fürsət yarandı. Bunun ardınca yüzlərlə azəri gənc İran və İraq, əsasən də Qum Elmi Hövzəsində əhli-beyt (ə) maarifini təhsil almaq üçün bu ölkələrə üz tutdular. Təbiidir ki, Azərbaycan xalqının dini etiqadlarının yüksəlməsi üçün onlar çox təsirli rol ifa edirlər. Kommunistlərin hakimiyyəti dövründə və son illərdə bəziləri dinlə mübarizəyə geniş səy göstərirlər. Lakin bu ölkə xalqının inam və güvənc yeri İslam Peyğəmbərinin (s) pak ailəsinədir və bu etiqad şiə məktəbinin əsas qoruyucusudur. Bu inam və məhəbbət o həddə olmuşdur ki, məsələn sovetlər birliyinin dövründə kommunistlər başa düşmüşdülər ki, camaat zahirdə özlərini dinsiz göstərsələr də batində əhli-beytə (ə) sonsuz sevgiləri vardır. Ona görə də belə qərara gəldilər ki, yeni mədrəsələr açsınlar. Hətta, son iki ildə əhli-sünnə məktəbinin mənəvi dərslərini bərpa etməklə hənəfi məzhəbinin yayılmasına səy göstərdilər və bununla camaatda şiəçilik ruhunu məhv etmək istəyirdilər. Əlhəmdulillah, buna müvəffəq olmadılar. Bunun da səbəbi odur ki, onların dinlə kamil surətdə mübarizələrinin əksinə olaraq camaat əhli-beytə (ə) sevgi göstərməkdə idilər və gənclər qabaqkından da çox dini şüarları dirçəltmək istəyirdilər. Siz bunu cümə namazlarında və digər dini mərasimlərdə müşahidə edə bilərsiniz. Anti-islamçılar sekularizmin, hənəfi məzhəbinin tərvici, hətta vəhabiliyin təbliği üçün bu qədər səy və böyük xərclərin qoyulması ilə xalqı Peyğəmbərin (s) ailəsinə sevgidən uzaqlaşdıra bilməyəcəklərinə inanmırdılar.

Müsahibənin ardı dərc olunacaq.

 

 

 

- Bu günləri Azərbaycanda əhli-beyt (ə) maarifinin təbliğ və genişlənməsinin vəziyyəti necədir?

- Müstəqillik qazandığımız ilk illərdə öncə dediyim məhdudiyyətlərə görə yerli təbliğçi və din alimi yox idi. Ona görə də ən çox şiə təbliğçisi və alimi İran və Qum Elmi Hövzəsindən gəlirdi. Amma getdikcə ötən iyirmi ildə din elmləri sahəsində yüzlərlə tələbə və ustad yetişdirildi və bu günləri həmin vəzifəni onlar öhdəsinə alıblar. Hal-hazırda Azərbaycanın özündə bir neçə mədrəsə fəaliyyət göstərir. Məsələn, Bakının Maştağa kəndində fəaliyyət göstərən mədrəsədə təqribən yüz nəfər tələbə orada dini təhsil alır. 70 il repressiya, məhrumiyyət, dinin şüarlarını məhv etmək üçün çalışılmasından sonra bu günləri ölkəmizdə yerli alimlərin vasitəsilə əhli-beyt (ə) maarifinin tərvic və təbliğini mən böyük dəyişiklik və müvəffəqiyyət hesab edirəm.

Həqiqət budur ki, Azərbaycan və İranın tarixi, mədəni və məzhəbi bağlılığı son illərdə İslam düşmənlərinin, əsasən də qərbin və sionistlərin bu iki millət arasında dini inancların dəyişdirilməsinə, fikri və məzhəbi ayrılıq salmaq istəmələrinə var gücləri ilə çalışmalarına səbəb olmuşdur. Sionistlər dövlətin müsbət cavabı ilə bu ölkədə şiəçiliyi aradan aparmaq üçün fövqəladə sərmayələr qoyublar. Bildiyiniz kimi, imam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, Azərbaycan əhli-beytə (ə) məxsusdur. Bu bizim camaatımızın əhli-beytə (ə) məhəbbət və sevgisinin dərinliyini göstərir. Ona görə də bu xalqı şiəçilik olan öz həqiqi əslinə qaytarmaq lazımdır. Bu iş düzgün proqramla yanaşı olan zəhmət və səy tələb edir.

- Azərbaycan, İrandan sonra ikinci şiə ölkəsi hesab olur. İndiyə kimi rəsmi hökumət orqanları tərəfindən əhalinin neçə faizi şiələrdən təşkil olunması açıqlanmamışdır. Siz və digər şiə fəalları bunun neçə faiz olmasını həqiqətə uyğun bilirsiniz?

- Mənim məlumatıma görə reallığa və elmi surətə yaxın olan 80 faizdir. Əlbəttə, bu rəqəm cənub və şimal bölgələrində fərqlidir. Nümunə üçün demək olar ki, cənubda, hətta Bakının özündə əhalinin 95 faizini şiələr təşkil edir. Digər məzhəblərin ardıcılları ən çox şimal bölgələrində yaşayırlar. Azərbaycanın ən böyük şəhərlərindən olan və 500 min əhalisi olan Gəncədə camaatın çoxu əhli-beyt (ə) ardıcıllarıdır. Hətta, bu şəhərlər əvvəldən imam Hüseyn (ə) şəhəri kimi tanınırdı. Çünki imam Hüseynə (ə) məhəbbət və sevgi bu şəhərdə başqa şəhərlərə nisbət özünü daha çox büruz edirdi. Məhərrəm mərasimləri və simvolları bu şəhərdə daha geniş və əzəmətli olmuşdur.

Sumqayıt şəhəri əhalisinin sayına görə ölkənin üçüncü şəhəri sayılır və burada 400 min əhali yaşayır. Bu şəhərin əhalisi də Gəncədə olduğu kimi şiələrdir. Amma 75-80 faizi. Dördüncü böyük şəhər hesab olunan Yevlaxın 65 faizini şiələr təşkil edir. Əvvəldə dediyim kimi yalnız Quba, Qusar, Xaçmaz, Zaqatala kimi bəzi şimal bölgələrdə əhlü-sünnə qardaşlar şiələrdən çoxdur.

- Bəs, hal-hazırda Azərbaycanın əhalisinin təqribən 9 milyon olmasını və onun 80 faizinin şiə olmasını nəzərə alsaq, demək olar ki, bu ölkədə təqribən 7.5 milyon nəfər şiə yaşayır. Əhalisi tamamilə əhli-sünnə olan və şiə yaşamayan bir bölgə varmı?

- Xeyir. Əhlü-sünnə şəhəri hesab olunan Şəki şəhərində belə əhalinin 15 faizi şiələrdən ibarətdir. Mən özüm şəxsən, bəzi bölgələrdə əhli-sünnənin məskunlaşması barədə tədqiq və mütaliə etmişəm və bu nəticəyə gəlmişəm ki, Quba kimi belə şəhərlərdə keçmişdə şiələr yaşayıblar. Amma rus çarlığının dövründə (yəni ən azı sovetlər birliyinin təşkillindən qabaq) bu bölgələrdə din alimlərinin azlığı və dövrün hakimlərinin anti-şiə hərəkətləri nəticəsində getdikcə şiələr çoxluqdan çıxmışdır.

 

 

- Ola bilsin ki, bəzi bölgələrdə əhalinin məzhəbi tərkibinin dəyişməsinin səbəbi onların öz məzhəbini dəyişməsi yox, şiələrin başqa rayonlara mühacirəti və əhli-sünnənin bu rayonlara mühacirəti olmuşdur?

- Xeyir, çünki mən araşdırmışam və bu mövzuda çoxlu fakt və sübutum vardır. Məsələn, Quba şəhərinin kəndlərinin birində yaşayan əhli-sünnədən olan şəxs barədə araşdırma apardıqda məlum oldu ki, o seyiddir, hətta şəcərənaməsi də vardır. Araşdırmanı davam etdirdikdə aşkar oldu ki, həmin kənddə çoxlu seyid dəfn olunmuşdur. Belə ki, tarixi 1300 ili ötən qəbirlərin üstündə 12, yaxud 14 ulduz əlaməti (şiə simvolu) həkk olunmuşdu. Həqiqətdə qabaqda dediyim səbəbə əsasən, təkcə şiə məktəbi zalım və fasid hökumətlər qarşısında müqavimət göstərdiyi üçün bu hökumətlər təzyiq və qətllər vasitəsilə əhli-beyt (ə) məktəbinin tərvicinə maneçilik yaradırdı və zaman keçdikcə bu bölgələrin bəzilərində məzhəbin dəyişilməsinə müvəffəq oldular.

Əgər diqqət etsək, imperializmin bu siyasəti hazırda sionistlərin regionda və Azərbaycanda fəal iştirakı ilə izlənməkdədir. İstismarçılar və zalım hökumətlər bilirlər ki, əhli-sünnə tərəfindən elə də ciddi problemlə üzləşməyəcəklər. Bu şiə məktəbidir ki, istismarçılar və zalımlarla ciddi mübarizəyə qalxır. Ona görə də bu günləri müxtəlif metodlarla əhli-sünnə məzhəbinin tərvicinə və yayılmasına çalışırlar.

- Azərbaycanda İslamdan başqa digər dinlərin də ardıcılları varmı?

- Ölkəmizin əhalisinin 98 faizi müsəlmanlardan ibarətdir. 2 faiz də digər dinlərin ardıcıllarıdır. Azərbaycanda təqribən 20 min nəfər yəhudi yaşayır və onlardan 6-7 mini Qubada məskunlaşmışdır. Xristianların çoxu sovetlər birliyi zamanı buradan mühacirət ediblər və hazırda xristianlığın elə də çox ardıcılı yoxdur. Əhli-sünnənin dörd məzhəbi arasında da şafei məzhəbinin ardıcılları çoxluq təşkil edir və onlar da şiələrə sevgilə yanaşır və şiəçiliyə daha yaxındırlar.

Hər halda son illər ərzində şafeiləri hənəfi məzhəbinə çəkmək üçün Türkiyə tərəfindən çoxlu səylər olmuşdur. Həmçinin, vəhabilər şiələrlə müqabilə məqsədilə şafeiləri cəzb etmək üçün geniş təbliğat aparırlar.

- Bəhailik və sufilik kimi sapdırıcı firqələrin də ardıcılları varmı?

- Son illər ərzində batil firqələrin tərvici üçün çoxlu addımlar atılmışdır. Nümunə üçün deyim ki, sufilər xanəgahlar təsis etməyə çalışırlar. Xalqın əhli-beytə (ə) meylini başa düşən sufilər öz fikirlərini qeyri-müstəqim surətdə həyata keçirməyə çalışırlar. Məsələn, nəqşbəndi firqəsinə məxsus olan nursi qrupu hənəfi əqidəsi və məzhəbinin tərvici məqsədilə ölkənin müxtəlif rayonlarında 12 mədrəsə təsis etdilər, öz rəhbərləri olan Səid Nursini təbliğ məqsədilə şiənin 12 imamının şəkillərini çap etdilər, sonra Nursinin şəklini 13-cü imam ünvanı ilə tanıtmağa çalışdılar. Yəni onlar hətta hənəfi məzhəbinin tərvici üçün xalqın əhli-beytə (ə) sevgisindən yararlanmağa çalışırlar.

Ümumiyyətlə, Azərbaycanı əhli-beyt (ə) mehvəri ilə tanıda bilərik və deyə bilərik ki, Azərbaycanın 80 faizi şiələrdən ibarətdir. Amma əhli-beyt (ə) sevərlərin 98 faiz, hətta bundan da çox olmasını deyə bilərik. Çünki Qubada yaşayan yəhudilər belə sovetlər birliyinin dağılmasından sonra həzrət Əba Əbdillah Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edir, hətta bu mərasimlərdə maddi yardım göstərilməsində də iştirak edirlər. Əlbəttə, sionistlər bu işə mane olmağa çalışırlar.

 

 

- Şiə və əhli sünnənin birgə yaşadıqları ölkə və bölgələrin çoxunda təfriqə problemi yaşanır.  Bu mövzu Azərbaycanda necədir? Ümumiyyətlə, şiələrin əhli-sünnə və digər məzhəblərin ardıcılları ilə münasibəti necədir?

- Kommunistlərin dövründə dini təfəkkür ictimaiyyət arasına çıxarılmadığından və məzhəb təbliği aparılmadığından məzhəbi çəkişmə də yox idi. Həqiqətdə əməl və məzhəbi təfəkkürün büruzuna heç bir firqə üçün imkan olmadıqda ziddiyyət və təfriqə də yaranmır. Xoşbəxtlikdən, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkə əhalisinin əhli-beytə (ə) olan məhəbbətinə görə şiələrin digər məzhəblərlə xüsusi bir problemi yaranmadı və bir-birlərinə qarşı gözəl münasibətləri vardır. Belə ki, bəzi məzhəbi mərasimlərdə əhli-sünnə qardaşları şiələrlə birgə iştirak edirlər. Bu bağlılıq elə bir həddədir ki, hətta şiə və sünnü izdivacları vardır.

Amma qeyd etdiyim kimi sionistlər və İslam dünyasının düşmənləri bu münasibətləri korlamağa çalışır və ixtilaf yaratmaq istəyirlər. Onlar öz məqsədlərinə çatmaq üçün vəhabilərdən istifadə edirlər və vəhabiliyi əhli-sünnə məktəbinin nümayəndə və simvolu kimi təqdim edir, sonra onların şiələrlə ixtilafını şiə-sünnü ixtilafı kimi təbliğ edirlər, onlardan ictimai parçalanma üçün istifadə edirlər. Əlhəmdulillah, indiyə kimi öz işlərində müvəffəq olmayıblar.

Əsasən, hənbəlilərdən başqa heç bir əhli-sünnə məzhəbi vəhabiləri əhli-sünnə və ya İslamın nümayəndə və simvolu kimi qəbul etmirlər. Əlbəttə, vəhabilərin çoxu özlərinin vəhabi olduqlarını bilindirmirlər. Bu mövzu həm şiələrin, həm də əhli-sünnənin ayıq olmasını tələb edir ki, öz rəftar və sözləri ilə sionistlərə və onlarla eyni əqidədə olan vəhabilərə bundan sui-istifadə etmək üçün fürsət verməsinlər.

Burada şiə və əhli-sünnənin siyasi rəhbərlərinin vəzifələri məlum olur. Adətən, əgər məzhəb başçılarının təhriki olmasa, ümumi camaat bir-birləri ilə yaxşı münasibətləri olur. Məzhəb təbliğçiləri dini mövzuları camaata elə çatdırsınlar ki, öz dini əqidələrini təbliği ilə yanaşı başqalarına da hörmətlə yanaşsınlar, hörmətsizlikdən və təfkir etməkdən çəkinsinlər.

- Azərbaycan Respublikasının coğrafi mövqeinə diqqət etməklə mədəniyyət baxımından bir-birindən tamamilə ayrı üç nöqtə mədəniyyəti arasında yerləşir. Bir tərəfdən çox da uzaq olmayan bir dövrə qədər İranla coğrafi, məzhəbi və siyasi bağlılığı olmuşdur. Başqa sözlə, ortaq tarixi vardır. Digər bir tərəfdən Türkiyə ilə sərhəddir və məzhəb baxımından əhli-sünnədir. Təbiidir ki, ölkənin əhli-sünnə camaatı dil və mədəniyyət yaxınlığına diqqət etməklə ona tərəf meyillidirlər. Başqa bir tərəfdən isə bu ölkə 70 il kommunistlərin hakimiyyəti altında olmuşdur və Suriyaya çox meyillidirlər. Hal-hazırda şiələrin mədəniyyət şəraitini necə dəyərləndirirsiniz? Onların mədəni təfəkkür və davranışları daha çox haradan təsirlənir? Keçmişdə İranın şiə mədəniyyəti ilə dərin və sıx bağlılığı olmuş hazırkı Azərbaycan şiə toplumunun öz şiə üslub və təlimlərini digər iki mədəniyyətin yanında qoruyub saxlaması üçün  nə etməlidir?

- Bizim üç mədəniyyət arasında qərarlaşmağımız sözü düzgündür. Dini etiqadlarımızı açıqlaya bilmədiyimiz kommunistlərin hakimiyyəti dövründə bu təlimlərin çoxu xalqın mədəni rəftarında öz əksini tapırdı. Məsələn, ümumi camaatın arasında su içilən zaman Kərbəlanı və Əba Əbdillah Hüseyni (ə) yada salardılar. Bu rəftar hətta əhli-sünnə arasında da görünürdü. Yaxud hər vaxt xidmət və fədakarlıqdan söz düşsəydi həzrət Əlinin (ə) müxtəlif mövzularda fədakarlığından danışılardı. Yaxud hər kəs qardaşına bir xidmət etsəydi onu həzrət Əbəlfəzin (ə) qardaşı imam Hüseynə (ə) köməyi kimi bilərdilər. Bu davranışlar kommunistlərin istilası dövründə də var idi və bu günləri də vardır.

Hal-hazırda iqtisadi məsələlərlə bağlı olaraq 2 milyondan yuxarı azərbaycanlı Rusiyada yaşayır, iş və ticarətlə məşğuldurlar. Bu rəqəm Türkiyədə yaşayan təqribən 300 min azərbaycanlı ilə müqayisədə daha gözə çarpan olmasına və rus mədəniyyətindən daha çox təsirlənə biləcəyi ehtimalna baxmayaraq, lakin iki tərəfin bir-birinə bağlılığı daha çox iqtisadi yönümdən olması və keçmişdə bu bağlılıq kommunist ideologiyası üzündən olması, bu ideologiyanı hətta Rusiyanın özündə belə tərəfdarı olmamasından, bu əqidə və mədəniyyətin məntiqsiz və əsassız olmasının bizim xalqımıza aşkar olmasına rəğmən, onun Azərbaycan şiələrinə təsir və təhlükəsi azdır. Rusiya mədniyyəti Azərbaycan xalqı üçün maddi, dini və mənəvi cazibəsi olmayan bir mədəniyyət kimi tanınmışdır. Bu arada batini materialist və zahiri dini və islami olan Türkiyə mədəniyyəti daha çox təhlükəlidir. Son illər ərzində islamçıların hökumət başına gəlməsi və bu ölkə mədəniyyətinin islami olması üçün çoxlu səylərinə baxmayaraq, islamçıların hələ də məsələn, hicab kimi bir çox islami prinsipləri həyata keçirməyə imkanları yoxdur. Ona görə də Türkiyə mədəniyyəti hələ də sekular və dünyəvi bir mədəniyyət sayılır.

Tamamilə dini mədəniyyət olan İran mədəniyyətinə dindarlar etimad edirlər. Azərbaycan dindarlarının media və mətbuat proqramlarının çoxu şiə mədəniyyətindən təsirlənmişdir. Əlbəttə, bütün KİV və digər təbliğat vasitələri əlində olan dövlətin mədəni proqramları sionistlərin nüfuzundan təsirlənir və tamamilə anti-İslam olaraq, pozğunluq, fəsad və sekularizmin tərvicinə xidmət göstərir. Həqiqətdə qərblilər və sionistlər Azərbaycan xalqının şiəlik kimliyini məhv etməyə və Avropa sekularizmini onun yerinə qoymağa çalışırlar.

- Şiə toplumu qərb mədniyyətinə mübtəla olmaması və ondan təsirlənməməsi üçün hansı addımı atmalıdır? Azərbaycanda şiə mədəniyyətinin qorunması üçün nəyə ehtiyac duyursunuz?

- Ən ümdə olan məsələ, xüsusilə də Azərbaycanda əhli-beyt (ə) maarifi ilə düzgün tanışlıq və bu maarifə əməl etməyə çalışmaqdır. Bu zəminədə ruhaniyyət və elmi hövzələrin öhdəsinə ağır məsuliyyət düşür. Təbiidir ki, bu işdə mədəni proqramlar və media da təsirli ola bilər. Amma təəssüflər olsun ki, çox ciddi zəifliklə üzləşirik. Belə ki, çoxlu ehtiyac olmasına baxmayaraq,  təkcə peyk antenasından yayımlanan “Səhər” telekanalının adını çəkə bilərəm. Bunun müqabilində əgər qərbin mədəni və media proqramlarına diqqət etsək, görərik ki, daha çox həcmdə və çoxlu kanallar vasitəsilə media bombaları ilə öz pozğun və anti-din təbliğatlarını aparırlar. Hətta, onların veb fəaliyyətlərinə də baxsaq, görərik ki, şiələr ciddi zəifliklə üzləşiblər. Belə ki, yerli şiələrin ən çoxu 7-8 saytı olduğu və digər saytlar qarşısında gözə çarpan zəifliyi üzündən məhdud sayda, təqribən 20 min oxucu cəzb edə bilir. Bu saytların fəalları da ən az təlim və imkandan yararlanıblar. Dindarların internet və veb dairəsinə daxil olmaları 5-6 ildən yuxarı deyil. Qəzet və jurnal kimi yazılı mətbuatda da vəziyyət belədir. Hal-hazırda 4 qəzetimiz vardır: Biri “Dəyərlər”dir və şiəllik mədəniyyəti mövzusundadır, biri “Nəbz”dir. Bu qəzet İslam partiyasınındır və siyasi-mədəni mövzularda yazır. Üçüncüsü birlik qəzetidir. Təəssüflər olsun ki, bu qəzet bağlandı və hazırda çap olunmur. Dördüncüsü isə “Həqiqət” qəzetidir ki, həftədə bir dəfə 1000 tirajla çap olunur. Görürsünüz ki, anti-İslam təbliğatı qarşısında nə qədər zəiflik vardır.

Qabaqlar ölkədə çoxlu mədrəsələr və elmi-mədəni mərkəzlər var idi. Hətta, İran İslam Respublikası və Qum Elmi Hövzəsinin mədrəsələri fəaliyyət göstərirdi. Bizim özümüzün 5 elmi mədrəsəmiz var idi. Məsələn, Masallıdakı mədrəsədə 150-200 tələbə dini təhsil almaqla məşğul idi və onların yataqxanası da var idi. Nardaran, Cəlilabad və Qubada da mədrəsələrimiz var idi və hal-hazırda bağlıdır.

- Yəni, hal-hazırda orada heç bir elmi mədrəsə fəaliyyət göstərmir?

- Xeyir, təkcə bir neçə rayonda məhdud fəaliyyətlər başlamışdır. Məsələn, Bakının kəndlərindən sayılan Maştağada və Qobustanda mədrəsələr fəaliyyət göstərir. Amma bunlar hökumətin və QMİ-nin nəzarəti altındadır və onlar həqiqi mənada olan dini tələbə və alim yetişdirmək məqsədi güdmürlər.

Hər halda şiə cəmiyyəti və elmi hövzələr bu problem və çatışmamazlıqlara baxmayaraq öz səylərini göstərməlidirlər, həmçinin əhli-beyt (ə) maarifinin təbliğini öhdələrinə almalıdırlar. Çünki Allahın sünnəsi dəyişməyib və biz əlimizi əlimizin üstünə qoyub qeybdən işlərimizin düzəlməsini gözləyə bilmərik. Elə bilirəm iki dəlilə görə: biri şiənin ağıl və fitrətə söykənən maarifi, ikincisi isə kommunistlər dövründə məzhəbi təbliğ etmək üçün heç bir imkan olmadığından və şiəliyə qarşı təbliğata fürsət olmadığından zehinlər bu məarifi qəbul etməyə hazırdır. İran İslam İnqilabının böyük rəhbəri həzrət Ayətullah Xameneinin buyurduğu kimi bu zehinlər heç vaxt boş qalmır. Ona görə də biz onu düzgün maariflə doldura bilməsək, başqaları gəlib onu səhv düşüncələrlə dolduracaqlar. Təkid etməsini lazım bildiyim nöqtə elmi hövzələrin vəzifəsidir. Qeyd etdiyim kimi hazırda Qum, Məşhəd, Suriya, Nəcəf elmi hövzələrində çoxlu tələbə təhsil alır. Təəssüf olsun ki, onların arasında lazımı həmrəylikləri yoxdur. Onların mədəni bir iş görmələri üçün mədəni bir təşkilata ehtiyacları vardır ki, bununla bütün məsələlərini proqramlaşdırsınlar. Əlbəttə, bunun üçün bəzi addımlar atılıb və Azərbaycanda bir mərkəz təsis etmişik və bu mərkəzin saytı da vardır. Lakin bu təzə yola düşməkdədir.

- Qafqaz Müsəlmanları İdarəsi ilə münasibətləriniz necədir? Onlar sizin üçün ciddi məhdudiyyətlər yaradırlar, yoxsa onlarla yaxşı əməkdaşlıq edə bilirsiniz və onlarla anlaşaraq öz mədəni hədəflərinizə çatırsınızmı?

- Əvvəldən indiyə kimi İslam Partiyasının Qafqaz Müsəlmanları İdarəsi ilə anlaşmasında eniş-yoxuşlar olmuşdur. Hacı Əlikramın dövründə bəzən problemlər yaranırdı. Amma ciddi qarşılaşmamız olmayıb. Çünki biz siyasi bir partiyayıq və İslam mövzusu bizim öndə duran məsələmizdir. Hökumət tərəfindən bir sıra anti-İslami hərəkətlər icra olunduğu zaman onlar Azərbaycan ruhanilərinin nümayəndəsi və himayətçisi adlanmalarına baxmayaraq, heç bir müxalifət etmədilər və ciddi addım atmadılar. Bundan əlavə bəzi vaxtlar özləri dindarlar əleyhinə təzyiq və təhdid şəraitinin yaradıcısı və himayətçisi olurdular. Təbiidir ki, bu da dindarlarla ciddi ixtilafın yaranmasına və bəzi vaxtlar qarşılaşmaya səbəb olur. Bu qarşılaşma bizim öz məqsədlərimizi irəli aparmağa mane olurdu. Hacı Əlikramdan sonra digər bir qardaş İslam Partiyasının məsuliyyətini öz öhdəsinə aldı. Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri hacı Allaşükür Paşazadə ilə münasibətlər çox yaxınlaşdı. Bu münasibət düzgün deyildi. Çünki bu idarə həmişə sionistlərin xəttində olan dövlətin hədəflərinə uyğun hərəkət edir. Təbiidir ki, İslam Partiyasının bu idarə ilə yaxın olması düzgün deyildi və dindarların partiyadan uzaqlaşmasına səbəb olurdu. Bilməyiniz maraqlı olar ki, cənab Paşazadə özü dindarlara xitab olaraq demişdi ki, bizdən çox intizarınız olmasın! Hal-hazırda İslam Partiyası çalışır ki, imkan həddində bu idarə ilə qarşılaşmadan çəkinsin. Həqiqətdə öz iradlarımızda bu idarənin vücudunun əslini sual altına salmırıq. Amma onun işlərinə öz tənqidimizi bildiririk. Məsələn, dövlətin həzrət Fatimə Zəhra (ə) məscidinin dağıtmaq istəməsi, ya məscidin minarəsindən azan verilməsinin qadağası məsələlərində biz onlara dedik ki, düzdür bunu siz etməmisiniz, amma onunla ciddi müxalifət edin. Məscid məsələsində geniş xalq etirazları dövlətin geri çəkilməsinə səbəb oldu. Amma dindarlar və İslam Partiyası məscidin dağıdılmasının ləğv edilməsini QMİ-nin vasitəsilə olmasına çalışırdılar. Bu, yəni bizim məscidin sökülməsinin qarşısını almaq üçün öz məqsədimizə çatmağımız, həm də QMİ-nin bu mövzuda iştirakı olacaqdı. Həqiqətdə biz bu idarənin vücudu və iştirakı ilə müxalifət etmirik və cənab Allaşükür Paşazədənin qanunauyğunluğunun qalmasına mayilik. Bu şərtlə ki, anti-İslam hərəkatların xəttində əməl etməsin. Bəzi digər hadisələrdə də məsələn, 28 Səfərdə sionist rejimin sabiq baş nazirinin Azərbaycana səfərinə geniş xalq etirazlarında – hətta bəziləri bu aksiyalarda həbs olundu və bəziləri hələ də həbsdədirlər – Qafqaz Müsəlmanları İdarəsinin də öz etirazını bildirməsinə və bu mövzuda rol ifa etmələrinə çalışdıq.

 

- Həqiqətən, həzrət Fatimə Zəhra (ə) məscidinin sökülməsi əmri ləğv olundu və bu məscidin tikintisi və fəaliyyəti yenidən başladımı?

- Bəli, məscid Qafqaz Müsəlmanları İdarəsinin öhdəsinə verildikdən sonra məscidin sökülməsi barədəki məhkəmənin hökmü ləğv olundu və tikintisinin başa çatdırılması üçün büdcə ayrıldı. Əlbəttə, hal-hazırda tikinti işləri dayandırılmışdır. Amma tezliklə tikinti prosesinin daha sürətli davam edəcəyi gözlənilir.

- Lütfən, sionist rejimin regionda fəaliyyətləri barədə izah verin. Onların bu regionda ümumi hədəfləri nədir və hansı mərkəzləri təsis etmişlər?

- Əgər sionistlərin hüzuru olduğu məntəqələrə diqqət etsək, görərik ki, hər yerdə və hər zaman bir düzgün ideologiya onların qarşısında dayanmasa, öz hədəflərini irəli aparmağa müvəffəq olurlar. Sionistlərin fəaliyyəti əvvəlcə gizlin olur. Onlar illər boyu təcrübə etdikləri metodlardan istifadə edirlər. Müxtəlif yollarla bir məntəqəyə daxil olurlar, uzun müddətdən sonra onların sionist təşkilatı olması üzə çıxır. Hətta, bəzən şəxs və ya hərəkat illərlə özünün sionistlərə xidmət göstərməsindən belə xəbərləri olmur. Qafqaz regionunda da vəziyyət belədir. Məsələn, əgər Gürcüstanın şəraitinə diqqət etsəniz, görərsiniz ki, sionistlərin fəaliyyəti bu ölkədə hər gün genişlənməkdədir. Hamıya məlum olduğu kimi 2 il bundan öncə Gürcüstanın Rusiya ilə müharibəsi də sionistlərin təhriki ilə olmuşdu. Bu ölkədə təqribən 1000 nəfər sionist rejimin yüksək rütbəli zabiti vardır. Gürcüstan və Rusiyanın keçmiş tarixi olduğundan ölkə xalqının Rusiya ilə güclü əlaqəsi vardır. Belə ki, çoxlu sayda gürcü Rusiyada yaşayır. Ona görə də ABŞ birbaşa Gürcüstana girə bilməz. Ona görə də öz məqsədlərini sionistlərin vasitəsilə təmin etməyə çalışır. Sionistlər də Gürcüstan xalqının Rusiyaya münasibət və baxışlarını korlamaq sonra öz hədəflərini həyata keçirməyə çalışırlar. İndi çoxlu gürcüləri görmək olar ki, onlar qabaqlar Rusiyaya qarşı yaxşı münasibətləri var idi, indi isə onunla müxalifdirlər. Bu arada əgər düzgün və dini ideologiya olmasa, siyasi və mədəni vəziyyət dəyişəcək. Necə ki, Gürcüstanda bu hadisə oldu; siyasi vəziyyət dəyişdi, mədəniyyət baxımından da tamamilə qərb mədəniyyəti bu ölkəyə hakim oldu. Həqiqət budur ki, sovetlər birliyi dağıldıqdan sonra ABŞ və sionistlər regionda ciddi iştirak etmək, oranın mədəniyyət və dinini dəyişmək, siyasi məqsədlərinə çatmaq üçün öz fəaliyyətlərinə başlayıblar və təəssüflər olsun ki, dövlətlərin zəifliyi və bağlılığı, xalqın etiqadının zəifliyi və güclü mədəniyyət tərəfindən himayət olunmaması, daha çox təsir göstərir. Ona görə də qərb mədəniyyətinin hakim olmasını daha çox Qafqaz regionunda müşahidə etmək olar.

 

- İslam Partiyasının hədəf və strategiyası nədir? Azərbaycanın daxilində və xaricdə şöbələri vardırmı? İslam Partiyasının dövlət və xalq qarşısındakı mövqeyi nədir?

- Azərbaycan İslam Partiyası sovetlər birliyinin dağılmasından bir il sonra yəni, 1992-ci ildə partiyanın ilk təsisçisi hacı Əlikramın səyi nəticəsində təsis olunub və rəsmi surətdə tanınıb. Bu partiya əhli-beyt (ə) məktəbindən sərçeşmələnib və öz fəaliyyətlərində bütün din və məzhəblərə hörmətlə yanaşır, Azərbaycan müsəlmanlarının vəhdətinə, bütün məhrum və məzlumların köməyinə yetməyə çalışır. Ölkəmizin əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq, bu partiya islami hesab olunan yeganə siyasi partiya hesab olunur və bütün siyasi, iqtisadi, sosial problemlərin həllini İslam dininə əməl etməkdə görür. Ona görə də qərb və sionistlər bu partiyaya qarşı çox həssasdırlar.

Partiyanın fəaliyyətləri əvvəldə xalq tərəfindən çox yaxşı qarşılandı. Belə ki, qısa bir zamanda 100 min nəfər üzv topladı. Bir çox şəhərlərdə şöbələri açıldı və bu şöbələrin sayı altmışa çatırdı. Bu partiyanın gücü elə bir həddə idi ki, hökumət başına gələn Heydər Əliyev, hacı Əlikram və hacı Rzadan xahiş etdi ki, İslam Partiyası Bakı şəhərinin təhlükəsizliyinin təmin edilməsində hökumətə kömək etsin. O zamanlar əgər İslam partiyası istəsəydi minlərlə adam küçələrə axışardı. Bunun ardınca qərb və anti-dini hərəkatlar başa düşdülər ki, əgər bu partiyanın gücü belə davam etsə, 3-4 ildən sonra mütləq hakimiyyətə gələcək. Ona görə də qabaqlar Türkiyədə istifadə etdikləri metodla seçki qanunlarında və hakimiyyətə gəlmək şərtlərində dəyişikliklər etməyə müvəffəq oldular və Azərbaycanın sekular dövlət olmasını elan etdilər. çünki belə olduqda din siyasətdən ayrı olur və dindarlar hakimiyyətə gələ bilməz. Bu mövzu İslam partiyasını dağıdılmasının və təzyiqlərə məruz qalmasının başlanğıcı oldu. Bundan sonra partiyanın üzvlərinin bir çoxu həbs olundu. Təbiidir ki, bununla da partiyaya ağır zərbələr vuruldu. Sonra onun fəaliyyəti qadağan oldu və dayandırıldı. Amma partiya rəsmilərinin ciddi əzmini və xalqın partiyaya sevgisini görəndə başa düşdülər ki, onu tamamilə məhv etməyə qadir deyillər. Ona görə də partiyanın fəaliyyətlərinin səthinə məhdudiyyətlər qoydular və onu genişlənməyə qoymadılar. Hal-hazırda partiyanın qərbə zidd mahiyyətinə diqqət etməklə onun fəaliyyətləri ölkə hakimiyyəti üçün faydalı ola bilər. yəni qərb dövlətləri Azərbaycanın dövlət məsələlərinə təzyiq etdikdə bu partiyanın qərb və müstəmləkəçiliyə zidd cəbhəsi və bəzi digər hərəkatlar dövlət üçün təzyiqlərə qarşı münasib sipər ola bilər.

Vurğulamalıyıq ki, Azərbaycan İslam Partiyası heç bir hərəkat və ya təşkilata bağlı deyil, məhz din çevrəsindən çıxış edir, islami mədəniyyətin tərvicinə çalışır. Son illərdə ideal fəaliyyət üçün imkan yaranmamasına və partiyanın bir çox məsulları həbsdə olmasına baxmayaraq partiyanın xalq arasında üstün məqamı vardır. Qarşıya çıxan bütün məsələlərdə vəzifəsini icra edir. Xalq, ən azından dindarlar başa düşüblər ki, bütün sahələrdə, hətta siyasətdə müvəffəqiyyət qazanmaq üçün dinə sığınmaq lazımdır. Bunun şahidi də odur ki, dinə və məzhəbə maraq, hətta parlament nümayəndələrinin seçilməsində qabaqkı dövrlərə nisbət artmışdır.

Dindarlar başa düşüblər ki, anti-din və qərbçilik hərəkatları ilə qarşılaşmaq üçün həmrəylik lazımdır. Bu mövzu partiya yaratmaqla gerçəkləşir. Bu günləri sekularlar və dünyəviçilərin qeyri-demokratiklik mahiyyətləri xalq üçün aşkar olmuşdur. Çünki keçən bu 17-18 ildə onlar öz vədlərinə əməl etməyiblər.

- Siz,  hər hansı bir mədəniyyət proqramının həyata keçirilməsində dindarlar arasında  həmrəyliyin olmadığına işarə etdiniz. Siyasi fəallar parlament seçkiləri, Qüds Günü və bunlar kimi məsələlərdə necə əməl edirlər?

- Mən belə fikirləşirəm ki, mədəni məsələlər barədə nə qədər uyğunluq çox olsa, bu siyasi məsələdə daha da möhkəmlənəcək. Hal-hazırda bəzi məsələlərdə partiyalar arasında yaxınlaşma və həmrəylik vardır. Bəzən həmrəylik məqsədilə 15-dən yuxarı müxtəlif təşkilatların başçılarının – istər dini təşkilat olsun, istər dinə meyilli, hətta bəzən müxtəlif mövzularda eyni əqidəli olan partiyaların birgə iclası keçirilir. Hazırda keçmişə nisbətdə hərəkatlar arasında həmrəylik güclənmişdir. Hətta, bəziləri namaz kimi dini şüarların icrasına başlamışdır, bəziləri İrana səfər etməklə istiqlal əldə etmək və müstəmləkəçiliklə mübarizə kimi müxtəlif ərsələrdə dinin qüdrət və potensialını dərk ediblər və artıq özlərinə inam qazanıblar. Özləri də bildirirlər ki, düzgün bir dini ideologiya ilə sionistləri öz məqsədlərindən çəkindirmək olar. Əgər bu fikir hərəkatlar və xalq arasında genişlənsə, mədəni yönümdən əlavə, öz ardınca böyük siyasi nailiyyətlər də gətirəcək.

Sizə təşəkkürlər və şiə toplumunun mədəni və siyasi kamil yetkinliyi ümidi ilə.

  • Yazılıb
  • da (də) 2012 Dec 19