Tarix : 2012 Dec 26
Kod 35159

İnqilab Rəhbəri: İmam Xomeyni(rə)-in Salman Rüşdü haqdakı hökmü dəyişilməzdir

İran İslam İnqilabının Böyük Rəhbəri “Şeytan Ayələri” kitabının müəllifi ilə bağlı islamın hökmünün İmam Xomeyninin(r.ə) də dediyi kimi “Əgər tövbə etsə və zəmanəsinin ...
/Aran Agentliyi

İran İslam İnqilabının Böyük Rəhbəri “Şeytan Ayələri” kitabının müəllifi ilə bağlı islamın hökmünün İmam Xomeyninin(r.ə) də dediyi kimi “Əgər tövbə etsə və zəmanəsinin zahidi olsa belə” dəyişməz olduğunu bildirdi.

Səhər telekanalı internet portalının verdiyi məlumata görə Həzrət Ayətullahül-üzma Xameneinin əsərlərinin qorunması və nəşri ofisi 25 dekabr, İmam Xomeyni(r.ə)  tərəfindən Salman Rüşdünin mürtəd elan edilməsinin ildönümü günündə İmam Xomeyninin(r.ə) “Şeytan Ayələri” kitabının müəllifi haqdakı hökmünün icrası üzrə İslam İnqilabının Böyük Rəhbərinin təkidini bir daha yayımlayıb.

İslam İnqilabının böyük rəhbəri İslam dini və Həzrət Məhəmmədə(s.ə.s) hörmətsizlik etmiş Salman Rüşdünün bəraət alması haqda yayılan bəzi xəbərlərə reaksiya olaraq deyiblər: İmam Xomeyninin(rə) “Şeytan Ayələri” kitabının müəllifi haqdakı tarixi və dəyişilməz  hökmü və dünya müsəlmanlarının bu hökmün icrası qarşısındakı öhdəliyi küfr dünyasının İslam dünyası ilə qarşıdurma meydanında öz səmərələrini verməyə başlayıb. Qərb hegemonçuluğu bir milyard müsəlmanın dini müqəddəslərinə hörmətsizlik etməklə müsəlmanları təhqir etmək və dünyada islama olan meylin qarşısını almağa zəmin yaratmağa cəhd göstərdi. Amma, rüsvayçı şəkildə və addım-addım geri çəkilməyə məcbur oldu. Və inşallah islam dünyasının müqavimətinin davam etməsi ilə bundan sonra İslam peyğəmbəri və İslam müqəddəslərinə hörmətsizlik etməyə cürət etməyəcəklər.

İslamın “Şeytan Ayələri” kitabının müəllifi haqda hökmü İmam Xomeyni(rə)-in buyurduğu kimi “Əgər tövbə etsə və zəmanənin zahidi olsa belə” dəyişilməzdir və zahirdə müsəlman olan bəzi şəxslərin əməkdaşlığı ilə həyata keçirilən bəzi hərəkətlər bu ilahi hökmün dəyişilməsində təsirsizdir.

  • Yazılıb
  • da (də) 2012 Dec 26