Tarix : 2012 Dec 29
Kod 35220

İranda 9 dey (29 dekabr) qeydə alındı

İrann xalqı 1388-ci il 9 dey (2009-cü il 30dekabr) gününün ildönümünü qeyd edərək, bir daha düşmənlər qarşısında İslam İnqilabı amallarından və İslam Respublkiası Quruluşundan ...
/

İrann xalqı 1388-ci il 9 dey (2009-cü il 30dekabr) gününün ildönümünü qeyd edərək, bir daha düşmənlər qarşısında İslam İnqilabı amallarından və İslam Respublkiası Quruluşundan müdafiə üçün hazırlıqlarını ğöz qabağında nümayiş etdirdilər.

İRİB-nin məlumatına əsasən, İran xalqı ötən gün (cümə 29 dekabr) İranın müxtəlif şəhərlərində o cümlədən İranın mərkəzində yerləşən İsfahan şəhəri, şimal qərbində yerləşən Təbriz şəhəri və qərbində yerləşən Həmədan şəhərlərində bir araya gələrək, 9 dey qəhmanlığını bir daha qeydə alıblar.

İranın müxtəlif şəhərləri fitnə törədənlərə qarşı öz nifrətlərini bildirərək İslam İnqilabının böyük rəhbəri ilə öz əhd-peymanlarını təzələdilər.

1388-ci il 9 dey qəhrəmanlığı İran xaqlının tarixində parlayan bir hadisədir ki, İran xalqı bu gündə İran İslam İnqilabı amallarını müdafiə üçün və Vilayəti – Mütələyi- Fəqihdə sadiq qaldıqlarını bildirmək üçün meydana gəldirlər. Günəş ili 1388-ci il 6 dey tarixində satqın bir qrup İranda hüseynçi əzadar  dəstələrini hücuma məruz etdikdən sonra İran xalqı 9 dey tarixində küçələr və meydanlara çıxıb.İslam quruluşu düşmənləri və daxili fitnəkarlar qarşı özlərinin nifrətini nümayiş etdirdilər və geniş həmrəylik nümayişində bir daha İran İslam İnqilabının Banisi İmam Xomeyni(r.ə) Həzrətləri və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahəl-Üzma Xamenei cənabları ilə öz əhd-peymanlarını təzələdilər

  • Yazılıb
  • da (də) 2012 Dec 29