Tarix : 2013 Jan 05
Kod 35365

Ayətullah Şəbüstəri İslam ölkələrində hicaba riayət edilməsinə təkid edib

Hicab və iffətə riayət etmək İslam dinində çox təkid olunmuşdur
/Aran Agentliyi

Hicab və iffətə riayət etmək İslam dinində çox təkid olunmuşdur. Toplumun məsləhət və xoşbəxtliyi bu mövzuya riayət etməkdə və nəfsi istəkləri cilovlamaqdadır.

AranNews - Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri bu həftəki cümə namazının xütbələrində pəhləvi rejiminin hicab qadağası taktikasını cəmiyyətdə, əsasən də gənc nəsil arasında laqeyidliyin tərvici üçün olduğunu bildirərək artırıb: "Cəmiyyətdə bu mədəniyyətin yayılması və şəhvətpərəstliyin tərvici gənclərin ruhunu və canını təsxir edir. Sonda isə cəmiyyətin bu təbəqəsi öz hərimini, insanlığını, din və ölkəsini qoruya bilmir".

İmam cümə sonra deyib: "Hicab və iffətə riayət etmək İslam dinində çox təkid olunmuşdur. Toplumun məsləhət və xoşbəxtliyi bu mövzuya riayət etməkdə və nəfsi istəkləri cilovlamaqdadır".

Ayətullah Müctəhid Şəbüstəri ailənin əsaslarının möhkəmlənməsini və talağın azalmasını hicab və iffətə riayət etməyin faydalarından olduğunu bildirdi.

Qeyd edək ki, hal-hazırda məntəqə ölkələrinin bəziləri, o cümlədən Azərbaycan Respublikası hicab əleyhinə siyasətlərin şahididir və buna görə də dövlət dindarların bərk müqaviməti ilə üzləşmişdir.

  • Yazılıb
  • da (də) 2013 Jan 05