Tarix : 2013 Jan 07
Kod 35400

RQ ailəsindən olan üçüncü pilotsuz təyyarə İranın ixtiyarında

RQ-170 və Scan Eagle pilotsuz təyyarələrinin ardınca, İranın silahlı qüvvələri bu dəfə 2 ədəd RQ-11 tipli pilotsuz təyyarənin ələ keçirilməsindən xəbər verib
/Aran Agentliyi

RQ-170 və Scan Eagle pilotsuz təyyarələrinin ardınca, İranın silahlı qüvvələri bu dəfə 2 ədəd RQ-11 tipli pilotsuz təyyarənin ələ keçirilməsindən xəbər verib.

Səhər telekanalı internet portalının məlumatına görə, Fars Xəbər Agentliyi bildirir ki, İran İslam Respublikasının dünyadakı geosiyasi mövqeyini və regiondan kənar qüdrətlərin regiondakı iştirakını xüsusilə ABŞ-ın Fars körfəzindəki hərbi iştirakını nəzərə alaraq, daim düşmən ilə informasiya müharibəsində olmuşuq.

Elə bu istiqamətdə uzaqdan idarə olunan pilotsuz təyyarələrin texnologiyasının inkişaf etməsi bu növ təyyarələrin silahlı qüvvələr və kəşfiyyat üçün önəmli əhəmiyyət kəsb etməsinə səbəb olub. Təbii ki, bu sahədə modern texnologiyalara yiyələnən amerikalılar elə təsəvvür edirdilər ki, heç kim bu sahədə onlara qarşı çıxmağa qadir deyil.

Amma, onların bu təsəvvürləri ABŞ-ın RQ 170 tipli pilotsuz təyyarəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah tərəfindən ələ keçirilməsi ilə bağlı yayılan xəbərlərin ardınca puça çıxdı.

 

 

Ötən ilin dekabr ayında ölkənin şərqində ələ keçirilən bu təyyarə son dərəcə modern bir casusluq təyyarəsi sayılır. Lokatorlardan yayınma onun yeganə mühüm xüsusiyyəti sayılmır. Bu təyyarə son dərəcə mürəkkəb texnologiyaya malikdir.

RQ-170 pilotsuz təyyarələrini Sentinel(gözətçi) də adlandırırlar. Bəziləri isə ona Qəndəhar Canavarı adını veriblər. Bu təyyarə ABŞ-ın ən modern pilotsuz təyyarəsi sayılır.

Amma, bütün bunlara baxmayaraq, ABŞ-ın bu modern pilotsuz təyyarəsi Sepah tərəfindən ovlandı. Halbuki, amerikalılar hələ də buna inana bilmirlər ki, Sepah bu təyyarəni sağ-salamat ələ keçirməyə nail olub.

 

İtigözlü Qartal Tələyə Düşdü!

Məsələ bununla yekunlaşmadı. RQ-170 pilotsuz təyyarəsinin ələ keçirilməsindən düz bir il sonra ABŞ-ın Scan Eagle(İtigözlü Qartal) adlı başqa bir pilotsuz təyyarəsinin Sepah tərəfindən şikar edildiyi bildirildi. Bu təyyarə Fars körfəzi suları üzərində ələ keçirilmişdi.

İlk öncə balıqçılıq sahəsində istifadə edilməsi üçün düzəldilən bu təyyarə daha sonralar üzərində aparılan bir sıra əməliyyatların ardınca daha modern və təkmilləşdirilmiş versiyası ABŞ ordusunun dəniz piyadalarının ixtiyarına verildi.

Boinq şirkəti tərəfindən texnologiyası yenilənən Scan Eagle pilotsuz təyyarəsi 2004-cü ildən İraq müharibəsində istifadə edilirdi.

Bu pilotsuz təyyarə son dərəcə kiçik ölçülərə malikdir və xüsusi əməliyyat qüvvələri tərəfindən istifadə olunur.

Amma, bu Sepah tərəfindən ələ keçirilən ilk Scan Eagle deyildi. Sepah-ın Dəniz Qoşunları komandanı bu Scan Eagle İranın silahlı qüvvələri tərəfindən ələ keçirilən 3-cü Scan Eagle adlandırıb və onun 1 milyon 500 min saat uçuşla dünyada ən çox uçuş saatına malik olan pilotsuz təyyarə olduğunu bildirib.

 

İran lokatorlarında ABŞ kölgəsinin aydınlığı

Digər tərəfdən Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı RQ-170 pilotsuz təyyarəsinin ələ keçirilməsi ildönümündə Shadow adlı RQ-7 tipli daha bir pilotsuz təyyarənin ələ keçirilməsindən xəbər verib.

Bu növdən olan pilotsuz təyyarələr 1999-cu ildən RQ-7A adı ilə ABŞ ordusuna daxil olub. Sonrakı illərdə bu təyyarənin yenilənmiş versiyaları RQ-7B adı ilə ordunun ixtiyarına verildi və A versiyasının istehsalı dayandırıldı. Bu nəsildən olan növbəti pilotsuz təyyarə RQ-7 sayılır ki, son illər ABŞ ordusunda istifadə edilməyə başlanıb. Bu model kəşfiyyat əməliyyatında istifadə xüsusiyyəti baxımından öncəki modellərdən fərqlənmir. Amma, daha böyük ölçülərə malik olduğu üçün daha uzun müddətli uçuşlar həyata keçirməyə qadirdir.

RQ-7 əsasən silah daşımayan sırf kəşfiyyat xarakterli pilotsuz təyyarə hesab olunur. Amma, son zamanlar virtual aləmdə yayılan məlumatlara görə, ABŞ ordusu bu təyyarəni də silahla təchiz etmək fikrinə düşüblər.

Amma, bu dəfə İran İslam Respublikası ordusu havadan müdafiə qüvvələrinin 2 pilotsuz təyyarəni ələ keçirmələrində xəbər verdi. İran ordusunun Dəniz Qoşunlarının komandan müavini bildirdi ki, RQ nəslindən olan bu pilotsuz təyyarələr 11-ci seriyadandırlar. Bu təyyarələrdən biri 2011-ci ildə, digəri isə 2012-ci ilin payızında ələ keçirilib.

Bu pilotsuz təyyarələr İran ordusunun havadan müdafiə qüvvələri tərəfindən vurularaq, yerə endirilib və hazırda ordunun elmi araşdırmalar bölməsində onlar üzərində araşdırmalar aparılmaqdadır.

Həmçinin, bu təyyarələrdə mövcud olan informasiyaların bir çoxu ordunun elmi araşdırmalar mərkəzi tərəfindən deşifrə edilib.

Beləliklə bu RQ ailəsindən olan 3-cü növ təyyarədir ki, İranın silahlı qüvvələrinin tələsinə düşüb. Gələcəkdə bu yöndə gedən informasiya müharibəsinin daha hansı töhfələr verəcəyini gözləmək lazımdır.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jan 07