Tarix : 2013 Jan 09
Kod 35433

İnqilab Rəhbəri Qum sakinlərindən olan minlərlə nəfərlə görüşüblər

İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 19 Dey qiyamının ildönümü günü münasibətilə bu gün Qum şəhərində ...
/Aran Agentliyi

İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 19 Dey qiyamının ildönümü günü münasibətilə bu gün Qum şəhərində verdikləri bəyanatda İran xalqının xüsusilə qarşıdan gələn prezident seçkilərini nəzərə alaraq, düşmənlərin fitnələri və hiylələri qarşısında ayıq olduğuna və mübariz mövqeyə malik olduğuna təkid edərək, mühüm məqamlara aydınlıq gətiriblər.

Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü Qum sakinlərindən olan minlərlə nəfərlə görüşdə İnqilab zamanı və o zamandan bəri ötən 3 onillikdə baş verən hadisələri düşündürücü adlandıraraq, İslam İnqilabının tarixində mühüm və həlledici hadisələr kimi yadda qalan 19 Dey kimi mühüm hadisələrin ibrət alınası bir çox dərslərə malik olduğunu bildiriblər.

O həzrət əlavə ediblər: Bəziləri xalqın tağut rejimi üzərindəki qələbəsini və İranın Amerikanın istilasından xilas olmasını imkansız təsəvvür edirdilər. Amma, İran xalqı tam müstəqillik əldə edərək, Amerikanın qarşısında dayandı və dünyanın digər xalqları üçün nümunəvi xalqa və quruluşa çevrildi.

İran xalqı son 3 onillikdə bütün fitnələrə qələbə çalaraq, İnqilab və İslam Respublikası quruluşunun hədəflərini izləyib. Şübhəsiz, bu əzəmətli hərəkət dayandırılmazdır. Çünki, İran xalqı İnqilab yolunda addımlamaqda və öz məqsədlərinə nail olmaqda qətiyyətlidir. Aydın məsələdir ki, bu davamlı hərəkət bir çox maneələr və təxribatçılıqlarla üzləşmiş olacaq. Bu gün zorakı qüdrətlərin İranı sanksiya etmək üçün əlbir olmalarının şahidiyik. Bu cərəyanın də hansı səmtə hərəkət etdiyi aydındır. Keçmişdə olduğunun əksinə olaraq, aydın formada bildirilir ki, sanksiyalarda məqsəd İran xalqını  yormaq, xalqı İslam Respublikasına qarşı təhrik etmək, İran rəsmilərinə qarşı təzyiqləri artırmaq və sonda rəsmilərin bütün hesablamalarını alt-üst etməkdir.

Amma, ötən 3 onillikdə aydın formada müşahidə etmək olar ki, xalqın səhnədəki iştirakı və düşmənlərin fitnələri qarşısındakı ayıqlığı düşmənləri öz məqsədlərinə nail olmaqda nakam qoyub.

Buna baxmayaraq, bu, fitnələrin sonu demək deyil. İran xalqının düşmənləri davamlı olaraq İran xalqını zəiflətmək üçün müxtəlif yollar axtarırlar. Bu qarşıdurmada mühüm olan diqqətli və sayıq olmaqdır. Buna görə də, İslam İnqilabının Böyük Rəhbəri dəfələrlə, xüsusilə də seçkilər kimi həssas zamanlarda ölkə rəsmilərinə davamlı olaraq təkid və sifariş edirlər ki, xalqı mənasız və kənar məsələlərlə məşğul etməsinlər.

Bu dəfə də İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin hədəf və məqsədlərinin müəyyən edilməsini vacib adlandıraraq, deyiblər: Zorakıların sözləri və əməlləri xəbər verir ki, düşmən bütün diqqətini 5 ay sonra ölkədə keçiriləcək mühüm seçkilərə yönəldib.

O həzrət əcnəbilərin və düşmənlərin 11-ci prezident seçkiləri qarşısındakı mövqeyini, hədəf və məqsədlərini habelə, taktikalarını şərh edərək, xalqın seçkilərdə geniş formada iştirakına mane olmağı düşmənin ən ümdə hədəfi adlandırıblar.

Seçkilərin sağlam keçirilməsi ilə bağlı şübhələrin yaradılması, namizədlərin səlahiyyətlərinin təyin edilməsi prosesinin sual altına aparılması, hər dəfə seçkilər prosesində müşahidə edilən məsələlərdirlər ki, hər dəfə xalqın seçkilərdəki iştirakdan yayındırılmasına xidmət edir. Amma, bu kimi hərəkətlərə baxmayaraq, İran xalqı hər dəfə seçkilərdə daha artıq aktivlik nümayiş etdirir.

İran xalqı ötən 34 ildə orta hesabla hər il bir seçkilərdə iştirak və bu demokratik gedişdə öz taleyini təyin edib.

Xalqın davamlı olaraq agah formada səhnədə iştirak etməsi ölkə rəsmiləri üçün də qarşılıqlı olaraq, ciddi məsuliyyətlər yaratmış olur. Elə buna görə də İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, namizəd olmaq istəyənlər işin ağırlığını dərk etməklə yanaşı Negəhban Şurasının da təkid etdiyi və Konstitusiyada da qeyd olunan səlahiyyətlərə malik olmalıdır.

O həzrət sonda təkid ediblər ki, prezident seçkilərinin namizədləri həqiqətən quruluşa və konstitusiyaya sadiq olmalı və doğrudan da konstitusiyanı icra etmək niyyətində olmalıdırlar. Çünki, prezident bununla bağlı and içir və aydın məsələdir ki, yalandan and içə bilməz.

Aydın məsələdir ki, bu ikisi arasındakı mənalı və düşündürücü bağlılıq xalqın quruluşa olan etimadını daha da möhkəmləndirir və xalqın rəyini həlledici amilə və təyinedici əmsala çevirir.

  • Yazılıb
  • da (də) 2013 Jan 09