Tarix : 2013 Jan 17
Kod 35599

Böyük Rəhbər: İranın inkişafı ilahi vədin nişanəsidir

İslam İnqilabının Böyük Rəhbəri beynəlxalq müstəmləkəçiliyin bütün təzyiq və düşmənçiliklərinə baxmayaraq, İslam İnqilabı və İran xalqının inkişafının ...
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri beynəlxalq müstəmləkəçiliyin bütün təzyiq və düşmənçiliklərinə baxmayaraq, İslam İnqilabı və İran xalqının inkişafının davam etməsini ilahi vədin reallaşmasının nişanəsi adlandırıblar.

Səhər telekanalı internet portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü İran silahlı qüvvələrinin informasiyanın mühafizəsi rəsmiləri və işçilərini qəbul ediblər. Görüşdə Böyük Rəhbər bildiriblər: İlahi vədin reallaşmasının meyarı İslam Respublikası quruluşudur ki, düşmənin bütün təzyiqlərinə baxmayaraq, 34 il keçdikdən sonra hazırda regional və beynəlxalq məsələlərdə bir hörmətli, iqtidarlı, təsiredicidir.

Səbir və təvəkkül edənlərin və Allah dininin köməkçilərinə kömək etməkdə ilahi vədin qəti olmasına toxunan Böyük Rəhbər əlavə ediblər: İmperialist cəbhə bütün var-gücündən istifadə edir ki, təzyiq və sanksiyalarla İran xalqını təslimə məcbur etdin. Lakin bu xalq çətinliklərə dözür. Çünki düşmənin strateji xəritəsi, taktikası və məqsədini anlayıb və düzgün müəyyənləşdirmə və dərkə əsasən əməl edir.

Həzrət Ayətullahülüzma Xamenei düşmənin tanınması və zamanın tanınmasını ecazkar məsələlərdən biri adlandıraraq əlavə ediblər: Düşmənin 1388-ci il (2009) hadisələrində İslam Respublikasına qarşı on illik planın nəticə verdiyini düşündüyü bir halda, İran xalqı iqtidarla səhnədə iştirak etdi və beynəlxalq etirazçı və müxaliflərin ağzından vurdu.

“İran xalqı bir daha 22 bəhməndə öz iqtidadı, əzmkarlığı və idrakını dünyanın gözü önündə nümayiş etdirəcək” –deyə Böyük Rəhbər xatırladıblar.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin silahlı qüvvələrin təhlükəsizlik istiqamətində informasiyaların qorunması və onun ağır məsuliyyətini fəxrli, şərəfəli adlandırıb və bildiriblər: İslamın baxışınca, silahlı qüvvələr mexanizm sistemi və iradəsiz bir maşın kimi deyildir. Əksinə insan qüvvəsi ilə və bir toplu olaraq ağıl, məntiq, əzmkarlıq, iradə, qərar, iman və duyğulara malikdir.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jan 17