Tarix : 2013 Jan 20
Kod 35669

Bəşşar Əsədi dəstəkləmək, Suriya xalqının hüquqlarına zidd deyil

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələr üzrə ali müşaviri deyib ki, Bəşşar Əsədi himayə etmək Suriya xalqının öz taleyini təyin etmək hüququna laqeyd yanaşmaq mənasında deyil
/Aran Agentliyi

 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələr üzrə ali müşaviri  deyib ki, Bəşşar Əsədi himayə etmək Suriya xalqının öz taleyini təyin etmək hüququna laqeyd yanaşmaq mənasında deyil .

Fars İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Əli Əkbər Vilayəti Əl-Məyadin telekanalı ilə müsahibədə deyib: Suriya mövzusunun İran islam Respublikasının diqqət mərkəzində durmasının əsas səbəbi Müqavimətin sionist İsrail qarşısında məğlubiyyətə uğramasının qarşısını almaqdan ibarət olmuşdur.

Vilayəti deyib: Bəşşar Əsəd İranın qırmızı xətti sayılır və Tehran onu sonadək himayə edəcək lakin bu, Suriya xalqının öz müqəddəratını təyin etmək huququna göz yummaq mənasında deyildir.

İslam İnqilabının Böyük Rəhbərinin müşaviri  əlavə olaraq açıqlayıb: Bəşşar əsəd Suriyanın qanuni prezidenti sayılır və bu o demək deyil ki, Suriya xalqının səsini qazanmadan prezidentlik edir.

Vilayəti Suriya məsələsi haqda İran ilə  Fələstinin İslami Müqavimət  Hərəkatı (Həmas) arasında ortaya çıxan fikir ayrılığı haqda da deyib: Tərəflər arasında bəzi fikir ayrılığının olması təbii  hal sayılır lakin İranın Həmas və İslami Cihadı dəstəkləməsinin əsas səbəbi, Sionist İsrail reiminə qarşı durmaq istiqamətində olmuşdur.

  • Yazılıb
  • da (də) 2013 Jan 20