ل/سرویس آذربایجان
FaktXəbər-in məlumatına görə, sabah Fəvvarələr Meydanında bir qrup gənc aksiya keçiriləcək. Bununla bağlı facebookda elan yerləşdirilib. "Silahları üstümüzdən çəkin" şüarı adı altında 26 yanvar saat 15:00-da başlayacaq.
Paylaşılan elanda bildirilir: "19 yanvarda Binə ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirdi. Polis rezin güllələrdən və gözyaşardıcı qazlardan istifadə etdi! 23 yanvarda İsmayıllıda əhali icra başçısından bezərək üsyan etdi! Ordu yeritdilər, polis yeritdilər. Silahlı qüvvələr yeritdilər. Onlar düşmən deyil! Onlar bizim xalqımızdı! Xalqımıza düşmən olmayaq! İsmayıllı camaatının, Binə ticarətçilərinin tək olmadığını göstərək!
Aksiya siyasi deyil, heç bir təşkilat və ya partiya tərəfindən təşkil olunmayıb. Dünən İsmayıllıda və ondan əvvəl Binə ticarət mərkəzində etiraz edən vətəndaşlara qarşı polis tərəfindən vəhşicəsinə münasibətə etiraz etmək məqsədilə həyata keçirilir. Öz haqlarını tələb edən vətəndaşlarımıza dəstək məqsədi güdür. İstəyimiz hökumətin xalqın səsinə biganə qalmaması və onun istəklərini həyata keçirməsidir."