Tarix : 2013 Jan 26
Kod 35808

Tehranın cümə namazı xətibi: Müsəlmanların birliyi düşmən üzərində qələbənin başlıca amilidir

Tehranın cümə namazı xətibi müsəlmanların birliyini düşmənlərin fitnələri qarşısında qələbənin başlıca amilidir
/Aran Agentliyi

Tehranın cümə namazı xətibi müsəlmanların birliyini düşmənlərin fitnələri qarşısında qələbənin başlıca amilidir.

Ayətullah Məhəmməd İmami Kaşani bu gün Tehranın cümə namazı xütbələrində əziz İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafa(s.ə.s)-in və İmam Cəfər Sadiq(ə)-ın  səadətli miladı habelə, Vəhdət Həftəsinin başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edərək, deyib: Vəhdət Həftəsi müsəlmanlar arasında birliyin möhkəmlənməsinə səbəb olan amildir və İslam Ümməti öz birliyi və vəhdətini gücləndirməklə düşmənlərin fitnələri qarşısında qələbə çala bilər.

Ayətullah İmami Kaşani həmçinin, İran İslam İnqilabının qələbə çalmasının ildönümünün yaxınlaşmasına işarə edərək, deyib: İran İslam İnqilabı İran xalqı üçün başıucalıq gətirdi və ölkənin bütün sahələrdə inkişafına səbəb oldu.  Bu gün ərəb ölkələrində diktatorluq rejimləri və hegemonçuluğa qarşı baş qaldıran xalq qiyamları da elə İran İslam İnqilabının təsirlərindəndir.

Tehranın müvəqqəti imam cüməsi cümə namazı xütbələrinin davamında dedi: İslam İnqilabının qələbə çalmasından sonra İran dünya müsəlmanlarının himayədarına çevrildi və hazırda Ərəb ölkələrinin əksinə olaraq, İsrail rejimi və hegemonçuluq quruluşu qarşısında müqavimətin başlıca amilidir.

Ayətullah İmami Kaşani İslam İnqilabının qələbə çalmasının ildönümü münasibətilə 22 Bəhmən yürüşlərinə işarə edərək, deyib: 22 Bəhmən elə bir gündür ki, İran xalqı o gün əzəmətli yürüşdə iştirak edərək, öz böyüklüyünü nümayiş etdrimiş olacaq. Hegemonçuluq quruluşuna bir daha sübut edəcək ki, İran xalqı müqavimət yolunu davam etdirəcək və sanksiyalar İran xalqının iradəsinə heç bir təsir göstərə bilməz.

Tehranın cümə namazı xətibi həmçinin, Qərbin İrana qarşı sanksiyalarına və ölkədə yaşanan bəzi iqtisadi problemlərə işarə edərək, deyib: İqtisadi problemlərin həlli İran xalqının öz əlindədir və xalq birlik və həmrəylik yolu ilə iqtisadi problemlərə qələbə çala və düşmənlərin fitnələrini uğursuzluğa uğrada bilər.

Ayətullah İmami Kaşani sonda qarşıdan gələn 11-ci dövr prezident seçkiləri haqda belə dedi: İran xalqı seçkilərdə geniş iştirakı ilə Qərbin bütün təbliğatları və fitnələrini zərərsizləşdirə bilər.

  • Yazılıb
  • da (də) 2013 Jan 26