Tarix : 2013 Jan 30
Kod 35887

Böyük Rəhbər: İmperializmin ən əsas siyasəti müsəlmanları bir-birini canına salmaqdır

İslam İnqilabının Böyük Rəhbəri belə vurğulayıblar: “ İmperializmin İslami Oyanışla qarşılaşmaqdakı ən əsas siyasəti İslam ölkələrində müsəlmanları bir-birinin canına salmaqdır
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri belə vurğulayıblar: “ İmperializmin İslami Oyanışla qarşılaşmaqdakı ən əsas siyasəti İslam ölkələrində müsəlmanları bir-birinin canına salmaqdır”.

Səhər Telekanalının İnternet Saytının verdiyi məlumata görə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün (çərşənbə axşamı günü) Əziz İslam Peyğəmbəri(s.ə.s) və İmam Cəfər Sadiq(ə.)ın viladətinin ildönümü günündə İran İslam Respublikası Quruluşunun məsul şəxsləri, İran xalqının müxtəlif təbəqələri, İslami Vəhdət Konfransında iştirak edən qonaqlar və İslam ölkələrinin səfirlərinin bir qrupunun  o həzrətlə görüşləri zamanı İslam Dünyası xüsusilə Afrikanın şimalında baş vermiş İslami Oyanış Hərəkatının İlahi Vədin reallaşmasının bir hissəsi olduğunu bildirərək,  belə vurğulayıblar: “ Hazırda İmperializm və hegemonçuluq dünyasının İslami Oyanışla qarşılaşmadakı ən əsas siyasəti İslam ölkələri arasında müsəlmanlar arasında ixtilaflar yaratmaq və müsəlmanları bir-birini canına salmaqdır. Buna görə də İslam Dünyasının dini, siyasi və universitet ziyalılarının həssas vəzifəsi düşmənin İslam Ümmətinə qarşı düşmənin planlarını şərh etmək və İslami Vəhdət Şüarının reallaşdırılması üçün ciddi səyin həyata keçirilməsidir”.

Həzrət Ayətullaülüzma Xamenei İslami Oyanış Hərəkatının başlanması münasibəti ilə İslam Dünyasında Həzrət Xatəmülnəbiyyin Həzrət Məhəmməd(s.ə.s)ın göstərişlərinə əməli formada tabe olmaq üçün İslam Dünyasının şəraitinin hazır olduğunu bildirib və belə vurğulayıblar: “ Qərblilərin İslam Dünyasına qarşı onlarla il təzyiq və istilalarından sonra, hazırda müsəlmanlar İslam dininin, müsəlmanların izzəti, başıucalığı və istiqlaliyyətinin reallaşmasının zəmin yaradıcısı olduğunu və İslam Ümmətinin İslam dininin bərəkətinə gerçəkləşə biləcəyini hiss edirlər”.

İslam İnqilabının Böyük Rəhbəri müsəlmanlar arasında Qərb dövlətlərinin hegemonçuluğu və istismarı qarşısında müqavimət qabiliyyəti hissiyyatının formalaşması və Qərbliləri geri oturmağa vadar edilmələrinin İslami Oyanışın bərəkətlərindən olduğunu bildirərək, belə ediblər: “ İranın İslam İnqilabından başlanan və hazırda İslam Dünyasında genişlənməkdə olan İslami Oyanış Hərəkatı İlahi Vədin reallaşması və zəfərə doğru hərəkətin nişanələrindəndir”.

“İslami Vəhdət” şüarının müqəddəs bir şüar olduğunu bildirən Həzrət Ayətullahülüzma Xamenei sonra belə xatırladıblar: “ İslam Respublikasının Banisi İmam Xomeyni(rə) öz həyatı boyu dəfələrlə təkid ediblər ki, biz İslami qardaşlığa inanırıq və bu istiqamətdə hərəkət o həzrətdən sonra indiyə qədər də davam edibdir”.

İslam İnqilabının Böyük Rəhbəri ixtilaf yaratmaq fitnəsi ilə qarşılaşmağın yeganə yolunun müsəlmanlar arasında vəhdət hissiyyatının olduğunu bildirib, müsəlmanlar arasında ixtilaf yaratmağın nəticələrinin bir neçə nümunəsinə, o cümlədən Pakistandakı faciələr, Suriyadakı müharibə və qırğın, Bəhreyndə xalqın səsinin boykot edilməsi və Misirdə xalqın bir-birinin qarşısında durmasına işarə edərək, belə vurğulayıblar: “ Müsəlman xalqlar arasında və ya İslam Ölkələri daxilində hər bir ixtilaf hərəkəti mütləq düşmənin planlaşdırdığı meydançada oynamaqdır”.

  • Yazılıb
  • da (də) 2013 Jan 30