Tarix : 2013 Feb 01
Kod 35948

Hər il 5 000 ingilis qadın müsəlman olur

İngiltərənin nüfuzlu media qurumu BBC-də “Make me a Muslim” (Məni müsəlman edin) adlı müsəlman olmuş ingilis qadınlar barədə sənədli film hazırlanıb
/Aran Agentliyi

İngiltərənin nüfuzlu media qurumu BBC-də “Make me a Muslim” (Məni müsəlman edin) adlı müsəlman olmuş ingilis qadınlar barədə sənədli film hazırlanıb

HaqqYolu - BBC 3 kanalında nümayiş olunan filmdə ölkədə hər gün İslam dinini seçən gənc qadınların çoxaldığı bildirilib. Sənədli filmin əsas mövzusu isə alkaqol və gecə həyatı ilə vidalaşaraq müsəlman olan, bundan sonra həyatları dəyişilən 5 ingilis qadının bu yolu niyə və necə seçdikləri barədə verdiyi məlumatlardır.

Sənədli film barədə xəbər yayan ölkənin “The Sun” qəzeti isə qadınların hər gün çoxalan qrafiklə İslam dinini seçdiyini, hər il 5 000 ingilis qadının müsəlman olduğunu yazıb. Xəbərdə həmçinin müsəlman olanların 75 faizinin ağdərili ingilis qadınlar olduğu vurğulanıb.

Sənədli filmdə müsəlman həyat yoldaşı ilə tanış olduqdan sonra İslam dinini öyrəndiyini deyən 21 yaşlı universitet tələbəsi Alana Blokley içkinin yadına düşmədiyini, amma donuz kolbasası üçün darıxdığınbı deyib.

Bundan başqa filmdə, daha əvvəl Edinburqda modellik edən və müsəlman olduqdan sonra Ayşə adını alan Eunice Olimude ilə Cənubi Qallerdə yaşayan 24 yaşlı Kler Bridqendin həyatından danışılıb.

Sənədli filmin aparıcılığını İngiltərəni beynəlxalq gözəlik müsabiqəsində təmsil etmiş, ilk müsəlman model olan 25 yaşlı Şanna Buxari edib.(ans)

  • Yazılıb
  • da (də) 2013 Feb 01