Tarix : 2013 Feb 03
Kod 35981

''İranın müdafiə qüdrəti heç bir ölkəyə təcavüz üçün deyil''

İran İslam Respublikası prezidenti deyib: İran İslam Respublikasının müdafiə qüdrəti və bu sahədəki inkişafı heç bir ölkəyə təcavüz üçün deyil. Bu potensial önləyici xarakter daşıyır
/Aran Agentliyi

 

İran İslam Respublikası prezidenti deyib: İran İslam Respublikasının müdafiə qüdrəti və bu sahədəki inkişafı heç bir ölkəyə təcavüz üçün deyil. Bu potensial önləyici xarakter daşıyır.

Səhər telekanalı internet portalının məlumatına görə, Mahmud Əhmədinejad şənbə günü səhər Mübarək Fəcr Ongünlüyü ilə yanaşı keçirilən "Qahir 313" qırıcı təyyarəsinin açılış mərasiminin kənarında jurnalistlərə verdiyi müsahibədə bu qırıcı təyyarənin təqdimatı münasibəti ilə İran xalqını təbrik edib və deyib: İran xalqı hər gün yeni nailiyyəti qazanaraq onu bəşəriyyətə təqdim edir.

"Bu bombardmançı təyyarənin dizaynı və istehsalı tamamilə ölkə daxilində iranlı mütəxəssislər tərəfindən həyata keçirilib və heç kimin ona təcavüz etmək haqqı yoxdur" –deyə İran prezidenti bildirib.

Əhmədinejadın sözlərinə görə, bu məsələ həmçinin xaricdəki bütün məhsul və texnologiyanı iranlı mütəxəssislərin əldə edə biləcəklərini göstərir və iranlı sənətkarlar İran xalqının inqilabı və azadlığına sadiqdirlər.

İran prezidenti bildirib: İran xalqının hərbi qüdrəti digər ölkələrə təcavüz və ekspansionistlik üçün deyil. Bu qüdrət önləyici xarakter daşıyır və insani məqsədlər üçün İran istedadının təzahürüdür.

  • Yazılıb
  • da (də) 2013 Feb 03