/Aran Agentliyi
Biləsuvarda yüzlərlə gəncin hərbi xidmətdən yayindiği iddia olunur - Siyahı
HaqqYolu - Son illərdə Biləsuvarda yüzlərlə hərbi xidmət yaşı çatmış gənc ordudan yayındırılıb. Bu barədə saytımıza daxil olan şikayət məktubunda bildirilir.
Məlumata əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Biləsuvar rayon şöbəsi əsil bazar yerini xatırladır. Belə ki, azacıq imkanları olan və bütün vəzifəli şəxslərin övladları ordudan yayındırılb. Elə adamlar var ki, artıq 5-6 ildir ki, kənddə gün keçirir, amma orduda xidmət eləməyib. Mənbə bildirir ki, elə şəxslər də var ki, onlar saxta dəlilik kağızı alaraq ordudan yaynıblar. Elələri də var kİ, güya gözlərində, ürəklərində xəstəliklər var, amma əslində onlar tam sağlamdırlar.
Məlumatda bildirilir ki, Biləsuvarda hazırda bu səbəblərlə ordudan yayınan yüzlərlə gənc var. Təkcə bir kənddə 50-dən artıq gənc 22-26 yaş arasında olmalarına baxmayaraq, orduda xidmət etməyiblər. Onlar hərbi xidmətdən yayınmaq üçün hər çağırış dönəmində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Biləsuvar rayon şöbəsinin rəis əvəzlicisi Səbuhi Osmanova 200-300 manat arasında rüşvət verirlər. Məlumatda göstərilir ki, Səbuhi Osmanovda bütün bu şəxslərin siyahısı var və onlar hər çağırış zamanı xidmət rəisinin əvəzləiysisi tərfindən çağırılır və yalnız pulu ödədikdən sonra həmin yüzlərlə şəxsə yenidən müddət verilir.
Məlumatda həmçinin ordudan yayınmış bir neçə şəxs haqqında məlumatda verilir. Həmin şəxslərin ad və familyalarını sizə təqdim edirik:
Gozelov Qudret Fikret oglu
Mikayiov Kenan Allahsukur oğlu
Mikayilov Şamxal İlham oğlu
Ağayev Murad Nureddin oglu
Mikayilov Anar Nureddin oğlu
Qiyasov Elşən Zakiroğlu oğlu
Mikayilov Nureddin Xudaşukur oğlu
Mikayilov Elmeddin Xudaşukur oğlu
Məlumatda qeyd olunur ki, bu şəxslər 22-26 yaş arasındadırlar və tam sağlam olduqları halda hərbi xidmətdən yayınıblar.(pia)