Tarix : 2013 Feb 06
Kod 36058

Suriya təyyarələri Təl-Əviv üzərində

Suriyanın hərbi təyyarələri işğal olunmuş Fələstin ərazisinin səmasında uçuş keçiriblər
/Aran Agentliyi

Suriyanın hərbi təyyarələri işğal olunmuş Fələstin ərazisinin səmasında uçuş keçiriblər.

Xəbər həm suriya həm də sionist rejim medialarında geniş rezonans doğurub. Suriyanın Şam Press xəbər portalının verdiyi məlumata görə Suriya təyyarələri Təl-Əviv və Hayfa şəhərləri üzərində uçuş keçirərək vərəqələr yayıblar.

Həmin məlumata görə İsrailin 10-cu telekanalı da xəbəri yayaraq bildirib: Suriyalı təyyarələrin yaydıqları vərəqələrdə "Biz istədiyimiz zaman vura bilərik" cümləsi yazılıb.

Sionist rejim qüvvələrinin həmin təyyarələrə qarşı önləyici əməliyyat apara bilməməsi maraq doğurur.

Bu uçuş Sionist təyyarələrinin son vaxtlar Dəməşq yaxınlığında bir tədqiqat mərkəzinə hücunun cavabı hesab olur

  • Yazılıb
  • da (də) 2013 Feb 06