Tarix : 2013 Feb 08
Kod 36101

İnqilab Rəhbəri : ABŞ-ın xoşməramlı olmasına kimsə inanmır

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, əgər kimsə yenidən Amerikanın İranı istilası altına almasına yol açmağa cəhd edərsə , xalq ona öz yerini göstərəcəkdir
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, əgər kimsə yenidən Amerikanın İranı istilası altına almasına yol açmağa cəhd edərsə , xalq ona öz yerini göstərəcəkdir.

Həzrət Ayətullahəl-Üzma Xamenei bu gün cümə axşamı İİR Ordusu Hava Qüvvələrinin personeli və komandirləri ilə görüşdə Tehran-Vaşinqton müzakirələrinin yenindən Amerika tərəfindən təklif olunması məsələsinə münasibət bildiriblər.

O həzrət söyləyiblər ki , ABŞ-ın Yaxın Şərq siyasəti iflasa uğrayıb və amerikalılar bunun əvəzini çıxmaq üçün yeni şanslar axtarırlar. İİR-nı müzakirə masasına çəkmək isə amerikalılar üçün bir şansdır. Onlar xoşməramlı olduqlarını isbat etməyə çalışırlar , lakin kimsə Amerikanın səmimiliyinə inanmır.

İnqilab Rəhbəri Amerikanın hələ 4 il bundan öncə müzakirə üçün İrana müraciət etdiyini xatırladaraq bildiriblər : O vaxt İran öncədən rəy bildirmək istəmədi , lakin son 4 ildə Amerikadan intriqa , fitnəkarlara yardım və İran xalqının nüvə alimlərini terror edənlərə dəstəkdən başqa bir şey müşahidə olunmadı.

Həzrət Ayətullahəl-Üzma Xamenei qeyd ediblər ki , müzakirə yalnız iki tərəfin xoşməramlı və aldatma fikrindən uzaq olması şəraitində reallaşa bilər. Bu səbəbdən " müzakirə üçün müzakirə " , " taktiki müzakirə " və super güc jesti göstərmək üçün müzakirə təklifi məkrli hərəkətdən başqa bir şey deyil.

Böyük İnqilab Rəhbəri amerikalılara xitabən buyurdular : İran xalqına tərəf silah tuşlayıb deyirsiniz ki , ya müzakirə , ya atəş açacağıq. Ancaq onu bilməlisiniz ki , təzyiq və müzakirə bir-birinə uyğun gəlmir və İran xalqı bu cür şeylərə uymayacaq.

İran xalqının hiyləgər hərəkətlər bərabərində daim ayıq-sayıq olduğuna toxunan İnqilab Rəhbəri sonda deyiblər: Əziz , bəsirətli və möhkəm İran xalqı 2013-cü il fevralın 10-da daha əzmkar və müttəfiq şəkildə meydana gələcək və öz inqilabi və milli hərəkəti ilə bir daha düşmənin xalqı islam inqilabı və dövlətindən ayırmaq cəhdlərini fiaskoya uğradacaqdır.

Həzrət Ayətullahəl-Üzma Xamenei həmçinin İran xalqının 34 il bundan əvvəlki dövrlə müqayisədə xeyli gücləndiyini vurğulayıb və deyiblər: İran xalqı əcnəbilərin istilası qarşısında möhkəm dayanmağı dünya xalqlarına öyrətdi. Onlara göstərdi ki , müstəqil hərəkət və Allaha təvəkkül etməklə öncül olmaq heç də çətin deyil.

İnqilab Rəhbərinin qənaətincə , bəsirət və oyaqlıq əcnəbilər bərabərində müvəffəqiyyət rəmzidir . Xalq öz bəsirəti ilə Amerika və  sionistlərin məkrini aşkar edir , öz davranışı və mövqelərində səhvə yol vermir və bu , əzəmətli reallıqdır. 

 

 

 

  • Yazılıb
  • da (də) 2013 Feb 08