Tarix : 2013 Feb 11
Kod 36140

Təbriz əhalisi 22 Bəhməndə İran İslam İnqilabı yolunda bütün səylərini göstərdilər

Bu gün İran azəriləri gəldilər ki, öz yüksək ruhiyyələrini bütün dünyaya göstərsinlər
g/arannews

İran İslam İnqilabının qələbəsinin 34-cü ildönümü münasibətilə yürüşün Təbrizdə ayrı cilvəsi var idi. Çünki bütün qadın və kişilər, qoca və gənclər hamılıqla yaxından və uzaqdan gəlmişdirlər ki, inqilab və hökumətin düşmənlərinin nikbin baxışlarına sərt cavab versinlər.

 

AranNews - Təbrizin mömin və ayıq əhalisi bütün ölkə xalqı ilə birgə yürüşə çıxmışdılar ki, özlərinin sanksiyalar qarşısında möhkəm dayandıqlarını, vilayət sayəsində hökumətin başıucalığını və sanksiyasları təsirdən salmaları barədə düşündüklərini göstərsinlər.

İran İslam İnqilabının qələbəsinin 34-cü ildönümü münasibətilə yürüşün Təbrizdə ayrı cilvəsi var idi. Çünki bütün qadın və kişilər, qoca və gənclər hamılıqla yaxından və uzaqdan gəlmişdirlər ki, inqilab və hökumətin düşmənlərinin nikbin baxışlarına sərt cavab versinlər və desinlər ki, düşmən xalq və hakimiyyət arasında təfriqə salmaq arzusunu özü ilə qəbrə aparacaq.

Bu gün Təbriz xalqı meydanlara axışdılar və bir daha sübuta yetirdilər ki, Azərbaycan İranın başıdır.

Təbriz xalqı yüksək ruhiyyə ilə gəldilər desinlər ki, iqtisadi sanksiyalar bütün çətinliklərinə baxmayaraq, onların iradəsini sarsıda bilməyib, üstəlik onların iradəsi qabaqkından da güclü olubdur.

Bu gün İran azəriləri gəldilər ki, öz yüksək ruhiyyələrini bütün dünyaya göstərsinlər.

  • Yazılıb
  • da (də) 2013 Feb 11