Tarix : 2013 Feb 12
Kod 36148

İnqilab Rəhbəri 22 Bəhmən yürüşündəki əzəmətli iştirakına görə xalqa təşəkkür etdi

İslam İnqilabının Böyük Rəhbəri 22 Bəhmən yürüşündə əzəmətli iştirakı ilə böyük bir qəhrəmanlıq xəlq edən İran xalqının bəsirəti, şücaəti və vəziyyəti düzgün dəyərləndirməsini təqdir ediblər
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri 22 Bəhmən yürüşündə əzəmətli iştirakı ilə böyük bir qəhrəmanlıq xəlq edən İran xalqının bəsirəti, şücaəti və vəziyyəti düzgün dəyərləndirməsini təqdir ediblər.

Səhər kanalı internet portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər xaric fiqh dərsində deyiblər: Xalqın bütün təbəqələrindən olan insanların, yaşlı, cavan, qadın, kişi, hamılıqla səhnədə olması, özü də İslam İnqilabının qələbə çalmasından 34 ilin keçdiyi bir şəraitdə, doğrudan da böyük və ilahi bir nemətdir və buna görə şükür etmək lazımdır.

İslam İnqilabının Böyük Rəhbəri lazım olan anda səhnədə iştiraka malik olmasına görə İran xalqına təşəkkür edərək, deyiblər: İran xalqının müstəqilliyi və izzəti ilə düşmən olanların xalqın İnqilab və İslam Quruluşunun çağırışına ləbbeyk deməməsini gözlədiyi anda, xalq öz iştirakı ilə düşməni məyus etdi və nakam qoydu.

O  həzrət düşmənlərin öz təbliğatlarında xalqın əzəmətli iştirakını əhəmiyyətsiz və önəmsiz hadisə kimi qələmə verməyə çalışdığını deyərək, vurğulayıblar: Əlbəttə, onlar gerçəklikləri görürlər, dərk və təhlil edirlər və bu nəticəyə gəlirlər ki, bu xalqın qarşısında durmaq olmaz.

İslam İnqilabının Böyük Rəhbəri İranda İslam İnqilabının qələbə çalmasının ildönümü münasibətilə keçirilən mərasimi inqilab baş vermiş digər ölkələr ilə müqayisə edərək, deyiblər: Daha önəmli olan budur ki, İranda İnqilabın və ölkənin həqiqi sahibi xalqın özüdür. Qələbə bayramının qeyd edilməsi məsuliyyəti də elə xalqın öz öhdəsinə düşür. Elə buna görə də xalq izzət, başucalığı və müstəqillik mənşəyi olan bu böyük və əzəmətli sərvəti qoruyur, himayə edir və lazım olan hər yerdə və lazım olan hər anda öz iştirakı ilə səhnədə olur.

İran xalqı İslam İnqilabının qələbə çalmasının 34-cü ildönümü münasibətilə bazar günü bir daha bir araya gələrək, dünya imperializmi və hegemoniyasının düşmənçilikləri və təbliğat seli qarşısında dayandı, İnqilab və İslam Quruluşunun amallarına sədaqətini nümayiş etdirdi.

  • Yazılıb
  • da (də) 2013 Feb 12