Tarix : 2013 Feb 13
Kod 36172

Vilayəti: Suriyadakı gərginlik amili ABŞ-dır

İslami Oyanış Beynəlxalq Assambleyasının katibi deyib: Qərb və regionun mürtəce ölkələrinin müdaxilələri Suriya toqquşmalarının davam etməsinin əsas amilidir
/Aran Agentliyi

 

İslami Oyanış Beynəlxalq Assambleyasının katibi deyib: Qərb və regionun mürtəce ölkələrinin müdaxilələri Suriya toqquşmalarının davam etməsinin əsas amilidir.

Səhər telekanalı internet portalının məlumatına görə, Əli Əkbər Vilayəti Yəmən, Tunis və Əfqanıstan media nümayəndələri ilə görüşdə Suriya prosesləri barəsindəki sualı belə cavablandırıb: Suriya xalqı öz məsələlərində islahatların aparılması ardınca idi. Bu tələb bir haqq idi ki, ona çatmaqda hökumətlə problemlə üzləşdi.

"Suriya hökuməti də davamında islahatların aparılması istiqamətində hərəkət etdi. Lakin qəfildən ABŞ, sionist rejim və Fransa kimi bəzi Avropa ölkələri və regionun mürtəce ölkələri birləşdilər və pul və silah verməklə Suriyadakı gərginliklərin artmasına səbəb oldular" –deyə Əli Əkbər Vilayəti qeyd edib.

İslami Oyanış Assambleyasının katibi əlavə edib: Suriyadakı müxalif məhbuslar üzərində aparılan təhqiqatlar qeyri-suriyalının bu ölkədə çox olduğunu göstərir. Belə ki, xarici ölkələrin dəstəyi, silahlı mübarizə və bomba qoymaq məqsədilə Suriyaya gəliblər

  • Yazılıb
  • da (də) 2013 Feb 13