Tarix : 2013 Feb 17
Kod 36244

Böyük Rəhbər: Amerikalıların rəftarı ziddiyyətlidir

İslam İnqilabının Böyük Rəhbəri hər il 22 bəhmən yürüşündə İran xalqının düşmənlərə ağır zərbə vurduğunu qeyd edərək buyurublar: Bu il də bu məsələ baş verdi
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri hər il 22 bəhmən yürüşündə İran xalqının düşmənlərə ağır zərbə vurduğunu qeyd edərək buyurublar: Bu il də bu məsələ baş verdi.

Səhər telekanalı internet portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Təbriz əhalisinin günəş ili 1356-cı il 29 bəhmən (18 fevral 1978) qiyamının ildönümü ərəfəsində İranın Azərbaycan əhalisinin minlərlə nəfərini qəbul ediblər.

İran xalqının 22 bəhmən yürüşündə əzəmətli və izzətli iştirakını yenidən alqışlayan Böyük Rəhbər xatırladıblar: Bu təşəkkür dəfələrlə təkrarlanarsa belə, yenə də yeri vardır və İran xalqının bu bəsirəti və ruhiyyəsi qarşısında baş əymək lazımdır.

Önəmli bəyanatının davamında müzakirə məsələsində ABŞ rəsmilərinin qeyri-məntiqi rəftarı və danışığını açıqlayan Böyük Rəhbər bu barədə xalq və islam quruluşunun məntiqli rəftarını vurğulayıb və Amerika rəsmilərinin danışıqlarına istinadən onları qeyri-məntiqi, təzadlı açıqlamalara malik və zorakı əhval-ruhiyyəli şəxslər adlandırıblar.

“Amerikalılar digərlərinin onların zorakılıq və qeyri-məntiqi sözləri qarşısında təslim olmalarını gözləyirlər. Necə ki, bəziləri təslim olmuşlar. Lakin İran xalqı və İslam Respublikası quruluşu təslim olacaq deyil. Çünki məntiq, güc və qüdrətə malikdir” –deyə Böyük Rəhbər əlavə ediblər.

Amerika rəsmilərinin qeyri-məntiqi mövqelərini və onun arxasınca gedən qərb dövlətlərinin hərəkətlərini açıqlayan İslam İnqilabının Böyük Rəhbəri nümunələr göstərərək buyurublar: Onlar iddia edirlər ki, insan haqlarına sadiqdirlər və insan haqları bayrağını dünyada dalğalandırırlar. Lakin əməldə insan haqlarına daha çox zərbə vururlar və Quantanamo və Əbu-Qurəyb kimi faciələrlə və Əfqanıstan və Pakistan xalqını kütləvi qırğın etməklə insanların haqlarına ən çox xəyanəti edirlər.

Dünyada demokratiyanın genişlənməsinə sadiq olmaq iddiasını ABŞ rəsmilərinin həqiqətə zidd sözləri adlandıran Həzrət Ayətullahülüzma Xamenei vurğulayıblar: Onlar bir tərəfdən bu iddianı irəli sürürlər. Lakin digər tərəfdən daim regionda ən açıq və şəffaf demokratiyaya malik İranla mübarizədədirlər.

İki ölkə arasında məsələlərin həlli məqsədilə İranla müzakirəyə hazır olmaq iddiasını Amerika rəsmilərinin sözləri ilə əməlləri arasında ziddiyyətin digər meyarı adlandıran Böyük Rəhbər əlavə ediblər: Bu iddia elə bir halda irəli sürülür ki, amerikalılar yaraşmaz və həqiqətə zidd sözləri İslam Respublikası quruluşuna qarşı açıqlayır və İran xalqı ilə mübarizə üçün sanksiya və təzyiqə əl atırlar.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin bir neçə gün öncə ABŞ-ın İranın nüvə silahı düzəltməsinin qarşısını almaq üçün səy göstərməsi ilə əlaqədar bu ölkə prezidentinin iddiasına toxunub və bildiriblər: Əgər İran atom silahı düzəltmək niyyətində olsaydı, Amerika heç vaxt İran xalqının qarşısını ala bilməzdi.

Həzrət Ayətullahülüzma Xamenei öz sözlərinin davamında Amerika ilə müzakirələr barəsində qeyd ediblər: İslam quruluşu və İran xalqı Amerika rəsmilərinin əksinə olaraq məntiq əhlidir. Buna görə əgər qarşı tərəfdən məntiqli davranış və hərəkət görərsə, ona münasib cavab verir.

Həzrət Ayətullahülüzma Xamenei ABŞ-ın zorakılıq və şeytanlıqdan çəkinməsi, İran xalqına hörmətlə yanaşması, nümunəsi günəş ili ilə 1388-də fitnəkarların himayəsində tam aydın olan İranın daxili məsələlərində müdaxilə etməməsi və regionda gərginliyin yaradılmasından çəkinməsini nişanələrdən hesab ediblər ki, əgər bunlar baş verərsə, Amerika rəsmilərinin xoşməramlılığını nümayiş etdirə bilər.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Əgər belə olarsa və amerikalılar söz və əməldə qeyri-məntiqli olmadıqlarını nümayiş etdirərlərsə, o zaman İran xalqı və İslam Respublikasının xeyirxah, anlaşma və məntiq əhli olduqlarını görəcəklər.

 

  • Yazılıb
  • da (də) 2013 Feb 17