Tarix : 2013 Feb 17
Kod 36255

Akif Nağı MAZLUMDER-in nümayəndə heyəti ilə görüşüb

QAT sədri Türkiyədə fəaliyyət göstərən İnsan Haqları və Məzlumlar üçün Dayanışma Dərnəyinin (MAZLUMDER) nümayəndə heyəti ilə görüşüb
/Aran Agentliyi

QAT sədri Türkiyədə fəaliyyət göstərən İnsan Haqları və Məzlumlar üçün Dayanışma Dərnəyinin (MAZLUMDER) nümayəndə heyəti ilə görüşüb

Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, QAT sədri Akif Nağı Türkiyədə fəaliyyət göstərən İnsan Haqları və Məzlumlar üçün Dayanışma Dərnəyinin (MAZLUMDER) nümayəndə heyəti ilə görüşüb.

QAT–ın mərkəzi ofisində baş tutan görüşdə MAZLUMDER-in başqan yardımcısı Rəcəb Qaragöz, Ankara şöbəsinin başqanı Şərifə Gül Ariman, başqan yardımcısı Üzeir İyid, həmçinin QAT üzvləri iştirak ediblər. Türkiyəli qonaqlar Dağlıq Qarabağ münaqişəsi, səbəbləri, hazırkı vəziyyəti, məcburi köçkünlərin durumu ilə bağlı hesabat hazırlamaq niyyətindədir.

Həmin hesabatın Türkiyədə, həmçinin Beynəlxalq Təşkilatlar arasında yayılması nəzərdə tutulur. Görüş zamanı bu yöndə müzakirələr aparılıb, iki təşkilat arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Sabah qonaqların məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə görüşləri də təşkil olunacaq.

  • Yazılıb
  • da (də) 2013 Feb 17