Tarix : 2013 Feb 18
Kod 36267

Sionist rejim Azərbaycanda Maşav layihəsinin icrasına çalışır

Sionist rejim Xarici İşlər Nazirliyinin baş müdir müavini və bu rejimin “Maşav” adlanan beynəlxalq əməkdaşlıq və inkişaf agentliyinin başçısı Daniel Karmon ...
/Aran Agentliyi

Sionist rejim Xarici İşlər Nazirliyinin baş müdir müavini və bu rejimin “Maşav” adlanan beynəlxalq əməkdaşlıq və inkişaf agentliyinin başçısı Daniel Karmon bu layihənin təlim kurslarının icrasının genişlənməsi məqsədilə Bakıda səfərdədir.

AzərTAc Teleqraf Agentliyinin sionist rejimin Bakıdakı səfirliyinə istinadla verdiyi məlumata görə, Maşav başçısından əlavə bu layihənin təlim sektorunun müdiri Matanya Kuen də Azərbaycan Respublikasında 3 günlük səfərdədir.

Bu məlumata görə, bu səfərdə məqsəd Maşav təşkilatı tərəfindən təlim layihələrinin icrasının genişləndirilməsi sahəsində Azərbaycan Respublikası və sionist rejim arasında əməkdaşlıqların inkişaf etdirilməsidir. Məlumatı Səhər telekanalı internet portalı verib.

Daniel Karmon jurnalistlərlə müsahibədə Azərbaycan və İsrail rejimi arasında möhkəm münasibətlərin mövcud olduğunu və baş tutan görüşlərdən razı qaldığına toxunaraq deyib: İnanıram ki, inkişaf və əməkdaşlıq sahəsi Azərbaycan və İsrail arasında münasibətlərin ayrılmaz hissəsidir.

Qeyd etmək lazımdır ki, sionist rejim 1958-ci ildən dünyanın 120 ölkəsində icrasına başladığı Maşav layihəsi çərçivəsində elmi, kənd təsərrüfatı, texnologiya kursları keçirmək bəhanəsi ilə bu rejimin məqsədlərinə xidmət üçün məqsəd ölkələrin ziyalılarını cəlb etməyə çalışır.

Bu layihənin Azərbaycan Respublikasında icrasına da 1994-cü ildən başlanılıb. Azərbaycan Respublikasının bəzi mediaları iki il öncə ifşa ediblər ki, bəzi rəsmilər, o cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sabiq sözçüsü və bu ölkənin Təl-Əvivdəki hazırkı səfiri Elxan Poluxov, həmçinin parlament deputatı Qənirə Paşayeva Maşav kurslarında iştirak edib və sionist rejimin Xarici İşlər Nazirliyinin nəzarəti altında olan bu layihənin diplomunu alıblar.

  • Yazılıb
  • da (də) 2013 Feb 18