Tarix : 2013 Feb 20
Kod 36305

Böyük Rəhbər: Din və din maarifinə diqqət mübarək addımdır

İslam İnqilabının Böyük Rəhbəri bu gün Əmmar Filmi Xalq festivalının məsul şəxsləri və icraçılarını qəbul ediblər
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri bu gün Əmmar Filmi Xalq festivalının məsul şəxsləri və icraçılarını qəbul ediblər.

Böyük Rəhbər bu festivalda din və din maarifi məsələsi, eləcə də İslam İnqilabı, İnqilab dəyərlərinə diqqətin yetirilməsini mübarək addım adlandırıblar.

Səhər telekanalı internet portalının verdiyi məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei buyurublar: İslam incəsənəti və dini kinoya diqqət uzunmüddətli, dəqiq proqramlaşdırma, gələcəyə ümid və incəsənət vasitələrindən münasib faydalanmaqla maksimum təsirə malik olmalıdır.

İslam Peyğəmbərinin (s.ə.s) böyük səhabələrindən və Həzrət Əlinin (ə) yaxınlarından olan Əmmar adının seçilməsi ilə Əmmar Film Xalq festivalının keçirilməsini layiqli seçim adlandıran Böyük Rəhbər bu böyük səhabənin yüksək xüsusiyyətlərinə toxunaraq deyiblər: İslamın əvvəlində müxtəlif hadisələrdə Əmmarın yenilməzliyi və İslam peyğəmbərindən (s.ə.s) sonrakı dövrün çətin imtahanları, mövqeyi tanıması, Həzrət Əlinin (ə) dövründəki hadisə və məsələlərdə onun ehtiyac duyulduğu vaxtda iştirak etməsi və açıqlayıcı rol oynaması onun bariz xüsusiyyətlərindəndir.

  • Yazılıb
  • da (də) 2013 Feb 20