Tarix : 2013 Feb 20
Kod 36306

İranlı güləşçilər azərbaycanlı rəqiblərini məğlub etdilər

İranın yunan-roma güləşi üzrə yığma komandası Azərbaycan yığması qarşısında 5-2 hesabı ilə fərqlənməyi bacarıb. Beləliklə iranlı güləşçilər 2013-cü il dünya çempionatının ...
/Aran Agentliyi

İranın yunan-roma güləşi üzrə yığma komandası Azərbaycan yığması qarşısında 5-2 hesabı ilə fərqlənməyi bacarıb. Beləliklə iranlı güləşçilər 2013-cü il dünya çempionatının üçüncü mərhələsini də uğurla arxada qoyublar.

İranın yunan-roma güləşi üzrə yığma komandası yarışların birinci və ikinci mərhələsində Türkiyə və Qazaxıstan yığmalarını müvafiq olaraq 4-3 və 6-1 hesabı ilə məğlub etmişdi.

Yarışların növbəti mərhələsinə bu gün səhər yerli vaxtla saat 9:30-da Tehranın 12 min nəfərlik Azadlıq idman kompleksində start veriləcək. Bu mərhələdə İran Macarıstan, Azərbaycan isə Qazaxıstan ilə qarşılaşacaq.

Dünən Türkiyə yığması Qazaxıstanı 6-1 hesabı ilə məğlub edib.

Azərbaycan isə 7-0 hesabı ilə Macarıstan yığması üzərində qələbə çalıb.

 

  • Yazılıb
  • da (də) 2013 Feb 20