Tarix : 2013 Mar 03
Kod 36519

Rəhbərin novruz müraciəti 3 dilə sinxron tərcümə olunacaq

İslam İnqılabının Böyük Rəhbərinin növruz bayramı münasibəti ilə müraciəti 3 dilə sinxron tərcumə olunacaq
/Aran Agentliyi

İslam İnqılabının Böyük Rəhbərinin növruz bayramı münasibəti ilə müraciəti 3 dilə sinxron tərcumə olunacaq.

Müqəddəs Rəzəvi Ziyarətgahının Təbliğat bölməsinin müdiri Seyid Calal Hüseyni bu xəbəri bildirərək həmçinin Həzrət Ayətullahülüzma Xameneinin novruz müraciəti mətninin farscadan əlavə 5 dildə o cümlədən azəricə tərcüməsinin İmam Rza (ə) ziyarətçiləri arasında palanacağını bildirib.

Hüseyni Böyük Rəhbərin yeni günəş ili və noruz bayramı münasibətilə müraciətinin canlı şəkildə razavi.ir portalı vasitəsi ilə İmam Rza (ə) hərəminin Ərrəhmə və Qədir rəvaqlarında yayımlanacağını da bildirmişdir.

Qeyd edək ki Müqəddəs Rəzəvi Ziyarətgahı hər il yeni günəş ilinin təhvili zamanı və novruz bayramının ilk günündə milyonlarla Əhli Beyt (ə) aşiqini qəbul edir. Bu il də möminləri xüsusi qarşılamaq üçün Rəzəvi (ə) hərəmində xüsusi proqramlar nəzərdə tutulub.

  • Yazılıb
  • da (də) 2013 Mar 03