Tarix : 2013 Mar 06
Kod 36590

Yeni zərihinin təqdimatı keçirilib

İmam Hüseyn (ə) ziyarətgahının yeni zərihinin təqdimatı İran və İraq rəsmilərinin iştirakı ilə keçirilib
/Aran Agentliyi

İmam Hüseyn (ə) ziyarətgahının yeni zərihinin təqdimatı İran və İraq rəsmilərinin iştirakı ilə keçirilib.

İmam Hüseynin (ə) yeni zərihinin onun qabaqkı zərihi ilə yerdəyişm əməliyyatı 45 gün uzun surub.

Təqdimat mərasimi zəvvarların iştirakı və misirli qarilərin Quran tilavəti ilə başlanıb və Əhli-Beyt (ə) məddahları bu mərasimdə mədhiyyələr oxuyublar.

İmam Hüseyn(ə)-ın pak ziyarətgahının zərihi İranda görkəmli miniatür ustası ostad Fərşçiyanın rəhbərlik etdiyi iranlı sənətkarlar və mühəndislər komandasının əməyi nəticəsində hazırlanıb. Onun üzərində Quran ayələri və imamlar(ə)-ların müqəddəs adları gözəl və xoş xətlərlə yazılıb. Zərihi kərbılaya köçürən karvanı ötən il 26 noyabrda Qumda İran incəsənət ustaları və mühəndislər tərəfindən hazırlandıqdan sonra yola çıxıb.

Yeni zərihin hazırlanmasında 5 ton ağac, təqribən 5 ton gümüş və 120 kiloqram qızıl istehlak olunub.

  • Yazılıb
  • da (də) 2013 Mar 06