Tarix : 2013 Mar 26
Kod 36958

Mənsur Həqiqətpur: “ABŞ İrana qarşı səmimi olduğunu sübut etməlidir”

“ABŞ İrana qarşı yürütdüyü siyasətindən peşman olduğunu isbat etməlidir”
/Aran Agentliyi

“ABŞ İrana qarşı yürütdüyü siyasətindən peşman olduğunu isbat etməlidir”. İRİB-in məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur deyib. O bildirib ki,  Tehranın Ağ Evlə birbaşa müzakirələr aparmaması üçün çox səbəbi var: “ Onlar daim bizə qarşı fitnə hazırlamaqla  məşğuldurlar.  İrana qarşı bu proses islam inqilabından öncədən başlayıb. ABŞ  II Dünya müharibəsindən başlayaraq, ölkəmizə qarşı müstəmləkəçilik siyasəti yürüdərək, xalqımıza ziyan vurub. Biz amerikalıların münasibətində heç bir səmimilik və sədaqət görmürük. Onlar bir tərəfdən müzakirələrdən söz açır, digər yandan isə konqresdə İrana qarşı sanksiyaların ağırlaşdırılmasından danışırlar. Amerikalılar sadiq və səmimi olduqlarını sübut etməlidirlər. O zaman İran da  da müzakirə təklifini araşdırar”./APA/

  • Yazılıb
  • da (də) 2013 Mar 26